Logo

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

17.03.2025 16:31 97 baxış
IMG

Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) iki muəllimi ve beş muhəndislik ixtisası tələbəsi Türkiyənin aviasiya və aerokosmik sənayesində praktiki təcrübə qazanmaq məqsədilə “Starteck AZTR” beynəlxalq təcrübə mübadiılə proqramına qoşulub.

Bu barədə TƏHSİL.BİZ -ə müsahibəsində MAA-nın tədris şöbəsinin müdir müavini Ravil Mürsəlov bildirib.

O, qeyd edib ki, bu təlim proqramı innovasiyalar və yeni texnologiyalarla təchiz edilmiş istehsalat sahələrinin öyrənilməsi, tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət göstərir. Proqram çərçivəsində iştirakçılar aviasiya texnologiyaları, aerokosmik mühəndislik, müdafiə sənayesi və pilotsuz uçuş aparatları sahələrində qabaqcıl müəssisələrdə təcrübə keçirlər.

“Burada tələbələr istehsalat prosesləri, innovativ mühəndislik həlləri və yeni nəsil aerokosmik texnologiyalarla tanış olurlar. Milli Aviasiya Akademiyası sənaye-akademiya münasibətlərini daim ön planda saxlayaraq, tələbələrin aviasiya və aerokosmik sahədə praktiki təcrübə keçməsini prioritet istiqamət hesab edir. Bu cür beynəlxalq təlimlər tələbələrin peşəkar inkişafına töhfə verməklə yanaşı, onların gələcək mühəndislik fəaliyyətini daha da təkmilləşdirməsinə şərait yaradır”, - deyə Ravil Mürsəlov vurğulayıb.

Bildirilib ki, “Starteck AZTR” beynəlxalq təcrübə mübadiləsi proqramında iştirak edən tələbələr aerokosmik sahədə tətbiq olunan ən son yenilikləri öyrənməklə yanaşı, sektor üzrə fəaliyyət göstərən mütəxəssislərlə birbaşa ünsiyyətdə olmaq imkanı əldə edirlər. Bu təcrübə onların gələcək karyeralarında böyük rol oynayacaq və aviasiya sənayesində ölkəmizin potensialını artırmaq istiqamətində vacib addımlardan biri olacaq.

 

Xəbər lenti