Logo

Şəki REM-in Elmi şurasının yeni tərkibi təsdiqlənib

19.03.2025 12:45 42 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.

İclasda ilk məsələ “AMEA-nın Şəki REM-nin 2025-ci il üçün Elmi şura üzvlərinin yeni siyahısının təsdiq edilməsi” haqqında olub. Şəki REM-in baş direktoru dosent Yusif Şükürlü bildirib ki, 2025-ci ildən Elmi şuranın yeni tərkibi 15 nəfər elmlər doktoru və fəlsəfə doktorundan ibarət elmi heyət olaraq təsdiqlənib. Direktor Şəki REM-in gələcək elmi fəaliyyətində daha böyük uğur və nailiyyətlər əldə edəcəyinə inamını ifadə edib.

Müzakirəyə çıxarılan növbəti məsələ “Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər planının hazırlanması və icrası”, eləcə də “Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr” barədə olub. Mərkəzin elmi işlər üzrə direktor müavini dosent Kamil Adışirinov qeyd edib ki, göstərilən məsələlərlə bağlı il ərzində 9 tədbirin icra edilməsi nəzərdə tutulur.

Sonra biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov “Üzeyir Hacıbəylinin bəstəkarlıq məktəbi və Şəki” mövzusunda tədbir keçirilməsini təklif edib. Onun bu təklifi səsə qoyularaq qəbul edilib.

Elmi şurada Şəki REM-in Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 100-cü ildönümü münasibətilə “VII Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı”na tərəfdaş olaraq qoşulması qərara alınıb və konfransın elmi komitəsi üçün 6 nəfərdən ibarət elmi heyət müəyyənləşdirilib.

İclasda, həmçinin “Azərbaycan təhsil tarixinə dair oçerklər” kitabının çapa tövsiyə edilməsi ilə bağlı qərar qəbul olunub.

Xəbər lenti