Logo

ADAU-nun İnnovasiyalar Mərkəzinin startapları 10 min AZN mükafatın sahibi olub

19.03.2025 13:02 38 baxış
IMG

SUP.VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən “INNOSTART” Gəncə Hakatonu innovasiya və texnologiya sahəsində çalışan gəncləri bir araya gətirib. İştirakçılar iki gün ərzində intensiv işləyərək, müxtəlif sahələr üzrə texnoloji həllər hazırlayıb təqdim ediblər.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, 15 komandanın ideyalarını təqdim etdiyi yarışda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 8 startap komandası iştirak edib. Qalib gələn ilk üç komanda ADAU-nun startapları olub. Əlavə olaraq inkubasiyaya qəbul edilən 1 startapla, ümumilikdə, 4 startap uğurlu nəticə göstərib.

Hakatonda “Glamo”, “Agrosphera”, “BioTech”, “Freelancer”, “Flexred”, “Zonmind”, “KaraVogue” və “Agroicare” komandaları iştirak ediblər.

Yarışda I yerdə “Glamo” – Xidmətlər üçün asan və sürətli rezervasiya platforması (5000 azn), II yerdə “AgroSphere” – Fermerlər üçün maarifləndirmə və bitki dərmanlarının satışı platforması (3000 azn), III yerdə “BioTech” – Biotexniki bitkilərin satışı platforması (2000 azn) startapları qərarlaşıb.

Xəbər lenti