AMEA-nın Tarix və Etnologiya institutunda 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş dəyirmi masa təşkil edilib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, dəyirmi masada çıxış edən elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev 31 mart soyqırımının xalqımızın tarixinə faciəli səhifələrdən biri kimi daxil olmasından, həmin qətliamın ağır nəticələrindən danışıb. İlqar Niftəliyev ermənilərin xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasətinin kökü, tarixi barədə ətraflı məlumat verilərək mənfur qonşularımızın törətdikləri qırğınların və qətliamların ağır nəticələrini bir daha xatırladıb. O, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib.
Daha sonra tədbir iştirakçıları azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin tarixi kökləri haqqında geniş çıxışlar ediblər.