Logo

Qarabağ Universitetinin rektoru “Sabahın alimləri” və RFO-nun qalibləri ilə görüşüb

23.05.2025 08:51 56 baxış
IMG

Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin və Bakı şəhəri üzrə Respublika fənn olimpiadasının qalibləri ilə görüşüb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Bakı şəhəri Səbail rayon 189-190 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva və Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov görüşdə gənc alimlər və olimpiada qaliblərinə Universitetin təklif etdiyi təhsil imkanları və elmi-tədqiqat istiqamətləri haqqında ətraflı məlumat verib. Rektor çıxışında universitetin tədris prosesinin keyfiyyətinə verdiyi önəmi vurğulayaraq gənclərin elm və təhsilə olan marağını artırmağın vacibliyini qeyd edib. Ş.Bayramov Qarabağ Universitetinin akademik mühitinin və tədqiqat imkanlarının gənc alimlər üçün əvəzsiz bir platforma olduğunu diqqətə çatdırıb.

Görüşdə gənc alimlər və olimpiada qalibləri ilə Qarabağ Universitetinə olan maraqları, eyni zamanda gələcək planları barədə fikir mübadiləsi aparılıb.

 

 

 

 


 

Xəbər lenti