Logo

Elm və təhsil naziri ICESCO-nun baş direktoru ilə görüşüb

23.05.2025 10:26 54 baxış
IMG

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir.

TƏHSİL.BİZ xəbər verir ki, nümayəndə heyəti ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik və Təhsil sektorunun rəhbəri Haddy Jatou Sey ilə görüşüb.

Görüşdə elm və təhsil sahələrində mövcud əməkdaşlıq məsələləri müzakirə olunub, bu istiqamətlərdə birgə təşəbbüslərin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 


 

Xəbər lenti