2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ümumilikdə 60 489 plan yeri ayrılıb.
TƏHSİL.BİZ xəbər verir ki, bunu bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar təşkil edilən brifinqdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ötən illə müqayisədə plan yerləri 2.21% (1309 yer) artırılıb.