Logo

Xaricdə “İbtidai sinif müəllimliyi” üzrə oxuyanların hamısı peşə tanınması imtahanından kəsilib

06.10.2025 10:49 50 baxış
IMG

Sentyabrın 29-da “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, “Müəllimlik”, “Mühəndislik” və “Hüquqşünaslıq” ixtisasları üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təqdim etdiyi siyahı əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, imtahanda iştirak etmək üçün 186 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 144 nəfəri imtahanda iştirak edib, yalnız 52 nəfəri keçid balını toplayıb. 14 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 36% təşkil edib. 

İmtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq, ən çox imtina alan 4 ixtisasın TKTA tərəfindən ölkələr üzrə təhlili aparılıb.

Belə ki, peşə tanınması imtahanında “Hüquqşünaslıq” ixtisası üzrə 71 nəfər iştirak edib, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə edib. 47 nəfərin uğursuz nəticəsi qeydə alınıb:

Rusiya Federasiyasından – 28:

  • Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası-4,
  • Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti-2,
  • Ümumrusiya Dövlət Ədliyyə Universiteti-2,
  • Sankt Peterburq Dövlət Mülki Aviasiya Universiteti-2,
  • "Sinergiya" Moskva Maliyyə-Sənaye Universiteti-1,
  • Cənubi Rusiya Humanitar İnstitutu-1,
  • Dağıstan Dövlət Universiteti-1,
  • Don Dövlət Texniki Universiteti-1,
  • İşgüzar Karyera İnstitutu-1,
  • Moskva Beynəlxalq Universiteti-1,
  • Moskva Hüquq İnstitutu-1,
  • Moskva Maliyyə-Hüquq Universiteti-1,
  • Rusiya Dövlət Ədliyyə Universiteti-1,
  • Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Voronej İnstitutu-1,
  • Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası-1,
  • Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası-1,
  • Sankt-Peterburq Dövlət Aerokosmik Cihazqayırma Universiteti-1,
  • Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti-1,
  • Saratov Dövlət Hüquq Akademiyası-1,
  • Tambov Dövlət Texniki Universiteti-1,
  • Xabarovsk Dövlət İqtisadiyyat və Hüquq Universiteti-1,
  • Yerquruluşu üzrə Dövlət Universiteti-1.

Ukraynadan 15:

  • Xarkov Milli Daxili İşlər Universiteti-5,
  • Dövlət İnfrastruktur və Texnologiyalar Universiteti-2,
  • Regionlararası Heyətin İdarəolunması Akademiyası-2,
  • V.Dal adına Şərqi Ukrayna Milli Universiteti-2,
  • Dövlət Biotexnologiya Universiteti-1,
  • Dövlət Vergi Universiteti-1,
  • Kiyev Milli Texnologiya və Dizayn Universiteti-1,
  • T.Şevçenko adına Kiyev Milli Universiteti-1.

Belarus Respublikasından 1:

  • Yanka Kupala adına Qrodno Dövlət Universiteti-1.

Gürcüstandan 1:

  • Gürcüstan Universiteti-1.

Litva Respublikasından 1:

  • Mykolas Romeris Universiteti-1.

Türkiyə Respublikasından 1:

  • Bursa Uludağ Universiteti-1.

24 nəfər keçid balını toplayaraq uğurlu nəticə əldə edib.

Türkiyə Respublikasından 7:

  • Ankara Universiteti-1,
  • Antalya Elm Universiteti-1,
  • Marmara Universiteti-1,
  • Bahçeşehir Universiteti-1,
  • Selçuk Universiteti-1,
  • Ankara İldırım Bəyazid Universiteti-1,
  • İstanbul Aydın Universiteti-1.

 Rusiya Federasiyasından 6:

  • Ural Dövlət İqtisad Universiteti-1,
  • "MİREA-Rusiya Texnoloji Universiteti"-1,
  • Saratov Dövlət Hüquq Akademiyası-1,
  • Vladimir Dövlət Universiteti-1,
  • Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu-1,
  • Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Voronej İnstitutu-1.

Ukraynadan 6:

  • Milli Aviasiya Universiteti-1,
  • Y.Mudrıy adına Milli Hüquq Universiteti-1,
  • V.Dal adına Şərqi Ukrayna Milli Universiteti-1,
  • Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti-1,
  • Xarkov Milli Daxili İşlər Universiteti-1,
  • Milli Universitet "Odessa Hüquq Akademiyası"-1.

Belarus Respublikasından 1:

  • Fransisk Skorina adına Qomel Dövlət Universiteti-1.

Birləşmiş Krallıqdan 1:

  • Vestminster Universiteti-1.

Litva Respublikasından 1:

  • Mykolas Romeris Universiteti-1.

Polşa Respublikasından 1:

  • Vrotslav Universiteti-1.

 Yaponiyadan 1:

  • Kanaqava Universiteti-1.

Beləliklə, “Hüquqşünaslıq” ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 66%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Eyni zamanda, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması imtahanında 29 nəfər iştirak edib, onlardan yalnız 10 nəfəri uğurlu nəticə əldə edib. 19 nəfərin uğursuz nəticəsi qeydə alınıb.

 Ukraynadan 16:

  • Ukrayna Milli Mülki Müdafiə Universiteti-16.

 Rusiya Federasiyasından 3:

  • Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti -3.

10 nəfər keçid balını toplayaraq uğurlu nəticə əldə edib.

Ukraynadan 8:

  • Ukrayna Milli Mülki Müdafiə Universiteti-8.

Rusiya Federasiyasından 2:

  • Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti-2.

Beləliklə, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizədlərin 66 %-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Digər bir mühəndislik sahəsi olan “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması imtahanında 13 nəfər iştirak edib, onlardan yalnız 1 nəfəri uğurlu nəticə əldə edib.

12 nəfərin uğursuz nəticəsi qeydə alınıb.

Belarus Respublikasından 12:

Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti -12.

Eyni zamanda, sözügedən ölkədən yalnız 1 nəfər (Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti-1) keçid balını toplayaraq uğurlu nəticə əldə edib.

Beləliklə, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizədlərin 92%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Əlavə olaraq qeyd edək ki, “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə peşə tanınması imtahanında  5 nəfər iştirak edib, onlardan 5-i də uğursuz nəticə əldə edib.

Gürcüstandan 2:

  • Laqodexi Elm-Təhsil İnstitutu-1,
  • İ.Çavaxişvili adına Tbilisi Dövlət Universiteti-1.

Rusiya Federasiyasından 2:

  • Dağıstan Dövlət Pedaqoji Universiteti-1,
  • Moskva Dövlət Pedaqoji Universiteti-1

Türkiyə Respublikasından 1:

  • Bursa Uludağ Universiteti-1.

Beləliklə, “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə peşə tanınması əldə etmək istəyən namizədlərin 100%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.


 

Xəbər lenti