Logo

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13.10.2025 16:14 42 baxış
IMG

18 oktyabrda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində kimya və riyaziyyat fənləri üzrə beynəlxalq olimpiadalara hazırlıq məqsədilə seçmə imtahanlar təşkil ediləcək.

TƏHSİL.BİZ  xəbər verir ki, riyaziyyat fənni üzrə seçmə imtahanda ötən tədris ilində Respublika fənn olimpiadasında (RFO) qalib olan şagirdlər, kimya fənni üzrə seçmə imtahana isə RFO-nun final mərhələsində iştirak edən şagirdlər buraxılacaqlar.

İmtahan saat 10:00-da başlanacaq. Şagirdlərdən şəxsiyyət vəsiqələri ilə birlikdə saat 09:30-da Təhsil Texnologiyaları Mərkəzində olmaları xahiş olunur.

Xəbər lenti