Bildiyimiz kimi 1828-ci il Türkmənçay, 1829-cu il Ədirnə müqavilələri əsasında ermənilərin Azərbaycanın müxtəlif ərazilərinə kütləvi şəkildə köçürülməsinin əsası qoyuldu. Bu prosesi məqsədli şəkildə həyata keçirən Çar Rusiyası bölgədə etnik-siyasi və dini mənzərəni dəyişmək, öz siyasətini rahat həyata keçirmək üçün ermənilərdən alət kimi istifadə edirdi. Bəzi bölgələrdə ilk vaxtlarda yerli azərbaycanlı əhalinin say tərkibi yüksək olsa da sonrakı dövrlərdə bu nisbətin süni şəkildə dəyişdirildiyini və ermənilərin sayının artırıldığını görə bilərik. Çar Rusiyası ermənilərin Azərbaycan ərazilərində rahat yaşayışlarının təmin edilməsi üçün onlara müxtəlif imtiyazlar vermiş və onları yerli əhalidən üstün tutmuşdur. Ermənilər kütləvi şəkildə Azərbaycan ərazilərində, qədim türklərin ata-baba yurdlarında məskunlaşdıqdan sonra burada antitürk fəaliyyətinə başlamağa və güclü diaspor təşkilatları formalaşdırmağa başladılar. Təbii ki, bu istiqamətdə onlara kömək edən bir çox himayədarlar mövcud idi. Diaspor təşkilatlarının antitürk fəaliyyətinin nəticəsi kimi biz Çar Rusiyası dövründə, xüsusilə də SSRİ dövründə ermənilər tərəfindən türklərə qarşı çirkin əməllərin, soyqırımların həyata keçirildiyinin şahidi oluruq.
Azərbaycan tarixində ermənilərin və erməni diasporlarının antitürk fəaliyyətinin araşdırılması çox mühüm məsələlərdən biridir. Bu istiqamətdə yazılmış mükəmməl əsər kimi ADPU-nun Baş müəllimi, Tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərovun “Erməni diasporunun antitürk fəaliyyəti” adlı kitabını misal göstərmək olar.
Taleh Cəfərov kitabın nəticə hissəsində ermənilərin və erməni diasporlarının antitürk fəaliyyətləri haqqında bilinməsi gərəkli olan mühüm məqamları təhlil edərək gözdən keçirir. Həmin hissəni sizə təqdim edirəm: (Anar Salehoğlu)
***
XIX-XX əsrlərdə erməni diasporunun formalaşması və antitürk fəaliyyəti problemini əks etdirən mənbələrin araşdırılması, onların müqayisəli təhlili bir sıra nəticələri qeyd etməyə imkan verir.
İlk növbədə, bu gün möhkəm sosial iqtisadi və maliyyə resursları ilə Ermənistan dövlətinin xarıcdə əsas siyası dayaqların dan birinə çevrilmiş erməni diasporunun formalaşması prosesinə təsir edən amillər, həmçinin bu istiqamətdə erməniçilik ideologiyası və ermənn kilsəsinin rolu nəzərdən keçirilmiş, diasporun yayılma cografiyası, diaspor qurumlarının dövlət və QHT ilə əla qələri, strukturu, malıyyə mənbələri geniş şəkildə tədqiq edil mişdir.
Erməni diasporunun formalaşması prosesi
XlX əsrin əvvəllərindən başlamış və XX əsrin 90-cı illərinə qədərkı dövrü əhatə etmişdir. Lakin diasporun formalaşmasına qədərki mərhələ erməni miqrasiyaları və koloniyalaşma prosesi ilə xarakterizə olunur. Koloniyalaşma prosesi erməni icmalarının təşəkkülü və formalaşmasına müsbət mənada təkan vermiş və icma daxili et nik və sosial proseslərin inkişafını daha da sürətləndirmişdir.
XVIll əsrin sonu XlX əsrin əvvəllərindən etibarən Hindistandan tutmuş ABŞ və Kanadaya qədər böyük bir coğrafiyada genişlənən erməni koloniyaları daxilində erməni icmalarının formalaşma prosesi daha da sürətlənmiş və nəticədə diasporun ilkin rüşeymləri meydana gəlməyə başladı. Nəticədə diasporun dinamikasında kəskin yüksəlişi baş vermiş, strukturu və təşkilatlanma işinin keyfiyyətində bır sıra məqamlar ortaya çıxmışdır. Bu dövr ərzində dünyanın 70 dən artıq ölkəsində fəaliyyət göstərən çoxsaylı erməni diaspor təşkilatları və cəmiyyətləri yaradıldı. Müxtəlif məqsədlər üçün yaradılmış bu qurumların daxilində struktur işi daha da sürətləndirildi və nəticədə türk dünyasına qarşı çirkin əməlləri ilə tanınmış siyasi partiyalar (Daşnakstüyun, Hnçak, Ramqavar-Azatakan) təsis edildi.
Diasporun çoxşaxəli fəaliyyət istiqamətlərindən birini təşkil edən lobbi, maraq qrupları müxtəlif ölkələrin qanunverici orqanlarında müdafiə etdikləri ölkələrin maraqlarının müdafiəsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, bir növ, dəstək nümayiş etdirir. Bu fikirləri, təəssüf ki, erməni drasporunun fəaliyyətinə şamil etmək olmaz. Ona görə ki, digər diasporlardan fərqli olaraq erməni diaspor təşkilatları öz ölkəsinin maraqlarını qorumaq əvəzinə, qarayaxma, böhtan və daha çirkin üsullarlardan istifadə etməklə türk dünyasına qarşı mənfi rəy formalaşdırmağa çalışır. Erməni diaspor təşkilatları Azərbaycanla yanaşı, digər qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürür, xüsusən də, Türkiyəni soyqırım törətməkdə ittiham edir, öz cəfəng, saxta iddialarını butün dünyada qəbul etdirməyə çalışırlar. Bu gün tarixi gerçəklikləri təkzib edən, uydurduqları cəfəng iddiaları mütləq həqiqət kimi dünyaya sırımağa çalışan erməni diaspor təşkilatları bu yolla iki yüzillik. fəaliyyəti dövründə bir çox həqiqətləri ört-basdır etməyə nail olmuşdur.
Tarixən erməni kilsəsi öz mövcudluğunu qoruyub saxlamaq məcburiyyətində qalmış, bunun üçün siyası mübarizə meydanına atılmışdır. Məhz bu dövrdən başlayaraq kilsə ermənilərin maraq və mənafelərini xristian dinindən, Allahdan və İsadan üstün tutaraq, təkmillətli din və kilsə yaratmağa nail oldu. İndi ermani kilsəsi yalnız xristranlığa etiqad edənlərin deyil, həm də eyni inama, eyni mənəvi dəyərlərə və eyni prinsiplər ətrafında birləşən bütün xaç suyuna çəkilmiş ermənilərin birliyinə xidmət edir.
Ermənistandan kənarda yaşayan erməniləri bir amal, ideya ətrafında birləşdirməyə çalışan kilsə diasporun strukturunun formalaşması, təşkilatlanması və antitürk fəaliyyətinin müəyyənləşdirilməsi prosesində liderlik funksiyasını yerinə yetirir.
Erməni drasporunun strukturunun formalaşması və antitürk fəaliyyətinin genişləndirilməsində erməniçilik ideologiyasının müstəsna xidmətləri vardır. XVlll əsrdən etibarən bəşəriyyət üçün qlobal bəlaya çevrilmiş erməniçilik din pərdəsi altında erməni xalqını yalan, tarixi uydurmaların, ideoloji xurafatın kollektiv şəkildə istehsalı və yayılmasına yönəltməkdədir. İdeoloji psixoloji hadisə olan erməniçiliyin tərkib hissəsi faşizm, terrorizm, ekstremizmi, digər xalqlara qarşı, xüsusilə də türk və azərbaycanlılara qarşı törədilən sonsuz soyqırımı aktları, yad mədəniyyətlərin oğurlanması və mənimsənilməsi, Azərbaycan, Gürcüstan və Türkiyə tarixinin saxtalaşdırılması, yalançı erməni tarixinin yaradılması, ermənilərin dünyanın bütün dövlətlərinin hərbi, dövlət, informasiya və digər qurumlarına daxil edilməsi, müsəlman və xristian dünyası arasında nifrətin alovlandırılması, dövlətlər arasında silahlı toqquşmaların törədilməsindən ibarətdir.
Erməni diasporunun strukturu çox geniş şəbəkəyə malik olması ilə diqqəti cəlb edir (Dərs vəsaitində erməni diasporunun strukturu diaspor təşkilatları, onların sayı, məqsədləri və fəaliyyətləri, diaspordakı erməni kilsələri və onların ideoloji əhəmiyyəti, diasporda fəaliyyət göstərən siyasi partiyalar, diaspor nəzdində yaradılan kütləvi informasiya vasitələr şəklində qruplaşdırılmışdır. Müasir dövrdə erməni diasporunun strukturunun əsasında diaspor ermənilərinin yaratdıqları çoxsaylı terror təşkilatları şəbəkəsi dayanmaqdadır. İstər Amerika, Avropa və Yaxın Şərq, istərsə də Afrika, Postsovet məkanında və Ermənistandakı təşkilatlar məqsəd və fəaliyyət prinsipləri baxımından möhkəm əlaqələrə malikdir. Diaspor təşkilatları Amerikadakı mövcud elmi institut və araşdırma mərkəzləri ilə, siyasətçilər, kilsə, mədəniyyət evləri və digər ictimai təşkilatlar, konkret desək, bütün sahələrdə fəaliyyət göstərən qeyri hökumət təşkilatları ilə qarşılıqlı yardım və əməkdaşlıq əlaqələrinə malikdir.
Müasir dövrdə erməni terrorçu diaspor qurumlarının və cəmiyyətlərinin təşkilatlanmasında və antitürk fəaliyyətində bir sıra maliyyə mənbələrinin müstəsna xidmətləri vardır. Beynəlxalq maliyyə mənbələrinin terrorçu təşkilatların hesabına yatırdıqları külli miqdarda vəsaitlər hesabına son iki yüz il ərzində türk dünyasına qarşı soyqırımı, deportasiya, etnik milli təmizləmə, terror aktları və digər qanlı cinayətlər həyata keçirilmiş, nəticadə 2-3 milyondan artıq dinc türk əhalisi erməni vəhşiliyinin qurbanına çevrilmişdi. Təəssüf ki, bu gün də erməni terrorçu diaspor təşkilatları iri erməni maqnatları, erməni xeyriyyə fondları, erməni kilsəsi, lobbi təşkilatları, Ermənistan iqtidarı, ermənipərəst dövlətlər, telemarafonlardan əldə edilən vəsaitlər və s, hesabına maliyyələşdirilir.
Erməni alimlərinin və bəzi Qərb mütəxəssislərinin yekdil fikirlərinə görə, l Dünya müharibəsinin ən şiddətli vaxtlarında Osmanlı ərazilərində yaşayan 1,5 milyon erməni türklər tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdir. Lakin tədqiqat işində yerli və əcnəbi tarixçilərin fikirləri əsas götürülərək hadisələr obyektiv şəkildə araşdırılır və erməni iddialarının saxtalığı ifşa edilir.
Əslində, həm Türkiyə, həm də Azərbaycan arxivlərində saxlanılan sənədlərdə ermənilərin deyil, türklərin soyqırıma məruz qalması faktı öz təsdiqini tapmışdır. Bununla da erməni diaspor təşkilatlarının dünyanın böyük ölkələrində türk dünyasına qarşı həyata keçirdiyi çirkin əməllər gözlənilən nəticələri verməmişdir. İstər Avropa ölkələrində, istər Postsovet məkanında, istərsə də Yaxın Şərq və Amerika ölkələrində erməni diaspor təşkilatları bir sıra çirkin kampaniyaların həyata keçirilməsində külli miqdarda vəsaitlərdən keçməli olmuşlar. Erməni diasporunun antitürk fəaliyyətinin başlıca məqsədi Türkiyə və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə sarsıdıcı zərbə vurmaq və bununla da ilk soyqırımı törətdiyinə görə Türkiyədən 60 milyard dollar həcmində təzminat paketinin alınmasını təmin etməkdir.
ll Dünya müharibəsindən sonra soyuq mühanbə əhvali-ruhiyyəsindən öz məqsədləri üçün yararlanmağa çalışan erməni diaspor təşkilatları beynəlxalq kampaniyaya başladılar. İlk olaraq Uruqvay parlamentinin qəbul etdiyi soyqırımı haqqında qanunla bu kampaniyaya dəstək verilmiş, bu günə qədər 30-dək dövlət bu tipli qərarlar qəbul etmişdir. Qəbul edilmiş qərarlarda, xüsusən də Türkiyənin “qatil”, “barbar”, “vəhşi” bir dövlət olduğu və “əsrin cinayəti”nə imza atdığı üçün qınanmış və buna görə da məsuliyyət daşıdığı qeyd edilmişdir.
XX əsrin 70-80-ci illərində terrorçu erməni diaspor təşkilatları özlərinin antitürk fəaliyyətlərində taktiki dəyişiklik edərək türk diplomatlarına qarşı dörd qitədə 27 dəfə sui-qəsd təşkil etdilər. Bu illərdə təyyarələr dünyanın dörd bir tərəfindən Türkiyəyə şəhid diplomat cənazələri daşıyırdılar. Dünya diplomatiya tarixində buna bənzər ikinci belə bir cinayət aktı qeydə alınmamışdı. Bütövlükdə, bu sui-qəsdlərdə 34 şəhid və çoxlu sayda yaralı qeydə alınmışdı. Xarici İşlər Nazirliyi bəhs olunan dövrdə mövcud personalın təxminən mində qırx və ya yüzdə dörd qədərini şəhid vermişdi. Bu həqiqətən də çox yüksək bir faiz dərəcəsidir.
XX əsrin 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistan-diaspor əlaqələrinin dərinləşməsi istiqamətində mühüm addımlar atıldı. Ermənistanla diaspor təşkilatları arasındakı mövcud ziddiyyətlərin aradan qaldırılması, bu qurumun daha sistemli və səmərəli fəaliyyət göstərməsi məqsədilə XİN nəzdində Diasporla Əlaqələr Deportamenti yaradıldı. Qurum xaricdəki erməni icmalarının təşkilatlandırılması, diaspor təşkilatlarının müvafiq ölkələrin dövlət və QHT ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylərini gücləndirməkdədir. Son illər erməni diaspor üzvləri bütün imkan və vasitələrdən istifadə edir, öz məqsədlərinə çatmaq üçün ən iyrənc addımlar belə atır, türk dünyasına, o cümlədən Azərbaycana qarşı bədnam fikirlərin yayılmasında fəal iştirak edirlər. Qurumun antitürk fəalliyyəti də erməni mill ideologiyası olan “Hay Dad” doktrinasına əsaslanır.
Digər cəhətləri isə aşagıdakı kimi ümumiləşdirmək olar:
“erməni diasporunun formalaşdırılması prosesinə təsir edən amilləri araşdırarkən erməni ideoloqları tərəfindən hazırlanmış erməni konsepsiyası təhlil edilmiş və konsepsiyanın saxtalığı üzə çıxarılmışdır. Saxta erməni konsepsiyasına görə sultan hökumətinin 1915-ci il hadisələri ilə əlaqadar verdiyi qərarla Şərqi Anadolu ərazilərində yaşayan ermənilərin imperiyanın cənub ərazilərinə köçürülməsinə qərar verilmiş və bununla da ermənilərin dünyaya səpələnməsi prosesi başlamışdır. Lakin elmi əsərlərdə ermənilərin müxtəlif ərazilərə səpələnməsi bu hadisədən bir neçə əsr qabaq qeydə alınmışdır.
Erməni diasporu etnik və təbii proseslərin nəticəsi kimi deyil, dünya ölkələrinin Türkiyəyə və bütovlükdə türk dünyasına qarşı təzyiq ifadəsi kimi formalaşdırılmışdır. ABŞ, Fransa və Rusiya erməni diasporunu himayə edən, onu maliyyələşdirən, bu və ya digər formada dastək verən başlıca dövlətlərdir.
Son illər Türkiyənin regional və beynəlxalq aləmdə artan iqtisadi və hərbi gücündən təlaşa düşən dünya dövlatləri onu ermərnlərə qarşı “əsrin cinayəti”ni törətməkdə ittiham edir. Lakın Osmanlı arxivlərində saxlanılan çoxsaylı arxiv sənədləri bu kimi iftiraları tamamilə təkzib edir, əksinə, türklərin özlarinin soyqınma məruz qaldığını təsdiq edir.
Beynəlxalq miqyasda geniş terror şəbəkəsinə malik olan və iri miqyaslı terror aktları törədən erməni terror təşkilatları Ermənistan hökuməti, diaspor təşkilatları, bir çox Qərb dövlətləri və erməni kilsəsi tərəfindən maliyyələşdirilir.
--“dünyanın müxtəlif coğrafiyalarında təşkilatlanan erməni diaspor qurumların birləşdirən ümumi amal Türkiyə və Azərbaycana qarşı arazi iddialar, işğal olunmuş Azərbaycan torpaqlarında yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nın ikinci erməni dövləti kimi tanınmasını təmin etmək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq Ermənistana hər iki türk dövləti tərəfindən tətbiq edilmiş iqtisadi blokadanın aradan qaldırılmasına dəstək vermək, Türkiyəyə soyqırımı törətməkdə təqsirkar olduğunu qəbul etdirməkdən ibarətdir.
--“bu gün Cənubi Qafqazda Ermənistan iqtidarı başda olmaqla ona havadarlıq edən erməni diaspor təşkilatları və lobbisi sülh və sabitliyin təmin edilməsində ən böyük təhlükə mənbəyidir. Türkiyə və Azərbaycan bu təhlükə mənbələrin tamamilə zərərsizləşdirmək məqsədilə daim birgə mübarizə aparmalı və bütün qüvvələrini səfərbər etməlidir.
Beləliklə, araşdırmalarımız nəticəsində erməni diasporunun güclü olması səbəblərini belə izah etmək olar: birincisi, erməni diasporunun formalaşmasında və fəaliyyətinda kilsə amili olduqca əhəmiyyətli yer tutur. Dini inanclar, ayinlər və mərasimlər diasporun xüsusiyyətlərinin formalaşmasına, diasporun dinamikasına mühüm təsir göstərir.
Hətta digər diasporlardan fərqli olaraq erməni diasporunda kilsənin siyasi partiyalara bağlılığı faktı mövcuddur, ikincisi, erməniçiliyin xaricdəki erməni diaspor təşkilatlarının siyasi cəhətdən birləşməsində iştirakı, üçüncüsü, diaspor üzvlərinin məskunlaşdıqları cəmiyyətin ictimai-siyasi həyatında aktiv iştirakı və həmrəylik nümayiş etdirməsi, dördüncüsü, diasporun güclü maliyyə resursları ilə təmin edilməsi, beşincisi, onların möhkəm təşkilati struktura malik olması, altıncısı, digər lobbilər tərəfindən verilən dəstək, yeddincisi, KİV-ə nəzarət diasporların gücünü müəyyən edən və onların təsir imkanlarını artıran əsas amillərdəndir. Bu xüsusiyyətlərə malik olan erməni diasporu iki əsrdir ki, birbaşa və dolayı lobbizmdən səmərəli istifadə edərək öz maraqlarının təmin edilməsinə nail olmaqdadır.
Taleh Cəfərov
ADPU-nun baş müəllimi,
Tarix üzrə fəlsəfə doktoru