Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır: “Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olundu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm -tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra - Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir. Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub”.
Bu bir taledir ki, tarixi məkanda və ya siyasi xəritədə qonşuları seçmirlər. Əksər hallarda xalqların və millətlərin kiminlə qonşu olması onların öz seçimindən asılı deyil. Bu mənada Cənubi Qafqaz regionunu fərqləndirmək lazımdır. Çünki məhz böyük dövlətlərin iradəsinə əsasən Azərbaycan ermənilərlə qonşu olmağa məcbur olmuşdur. Qafqazda ermənilərin imtiyazlı mövqelərə yiyələnməsi isə XVII - XVIII əsrlərdən başlayaraq Rus - Turk və Rus - İran müharibələri nəticəsində köcürulmə siyasətinə əsaslanır. Lakin tarix göstərdi ki, Qafqaza köçürülən ermənilər özlərini gəlmə deyil, yerli kimi aparmağa başladılar. Ermənilərin özlərini yerli xalq kimi subut etməyə calışmaları isə regionda digər xalqların tarixinin saxtalaşdırılmasına, ozgə dəyərlərinin, tarixi-dini-mədəni irsin erməniləşdirilməsinə və hətta assimilyasiyaya səbəb oldu. Yaşadığımız regionda elə bir xalq yoxdur ki, ermənilərin onlara qarşı hər hansı bir iddiası olmasın.
Bəs gorəsən niyə dini etiqaddan tutmuş mədəniyyət numunələrinə kimi, tarixi abidələrdən kulinariyaya qədər, coğrafi adlardan tarixi şəxsiyyətlərədək, heraldikadan numizmatikayadək bir çox məsələlərdə erməni saxtakarlıqları ozunu gostərir? Fikrimizcə, bütün bu mütəşəkkil saxtalaşdırma cəhdlərinin əsas səbəbini erməni xalqının etnogenezisində axtarmaq lazımdır. Müasir hay-erməni etnosunun qriqorianlığı qəbul etmiş müxtəlif millətlərin fərdlərindən təşkil olunması fikri elmi dairələrdə ciddi müzakirə olunan məsələlərdən biridir. Bu iddiaya əsasən, bugünku hay-ermənilər dönmə millət kimi yaranmışlar, tarixinə coğrafi “Armeniya” adının bu etnosla heç bir bağlılığı yoxdur. Muşahidələr göstərir ki, erməni saxtakarlığının əsas prinsipi “coğrafi mənsubiyyət” və “etnik mənşə” anlayışlarının bərabərləşdirilməsinə və eyniləşdirilməsinə əsaslanır. Digər tərəfdən, əslində etnik kimlik belə daşımayan ermənilərin özlərini “ali ari mədəniyyəti”nin daşıyıcıları hesab etmələrinə irqçilikdən başqa ad vermək mumkun deyil.
Muxtəlif xalqların erməni assimilyasiyasına məruz qalması qriqorian kilsəsinin təsiri altında baş vermişdir. Tarix qriqorian-tatlar, qriqorian-qıpçaqlar,qriqorian-albanlar, qriqorian-qaracılar (boşa), qriqorian-yəhudilər (zok),qriqorian-aysorlar, qriqorian-yezidilər və digərlərinin oz etnik kimliyini itirərək erməniləşməsinə şahidlik etmişdir. Hətta hazırkı kitabda da gostərildiyi kimi,tarixi erməni zadəgan nəsillərinin numayəndələri belə etnik hay deyil, digər xalqların nümayəndələri olmuşlar:Arşakilər sülaləsi parfiyalı, Mamikonlar – turk, Baqratilər – yəhudi, Ardzunilər – suryani, Kamsarakanlar – fars idilər.
Buna görə də əminliklə demək olar ki, “ermənilik” etnik kimlik deyil, daha çox dini kimlik və ya kilsə ətrafında birləşən fərdlərin birliyidir. Etnik kimlik daşımayan ermənilərin assimilyasiya olduqları və ya etdikləri muxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə iddia etmələri, ilk növbədə, “yoxdan var olmaq” cəhdidir. Eyni zamanda, etnik kimlik olaraq natamamlıq kompleksi erməniləri digər xalqların tarixi-mədəni irsini mənimsəməyə təhrik edir.
Qafqaza gəlmə olan ermənilər bütun xristian maddi-mədəni irsinə sahib olmaq iddiası ilə ozlərini sığortalamaq istəyirlər. Ona görə də xristian türklərin və xristian albanların tarixi irsinin həqiqi varislərini daim regiondan sıxışdırmağa, izlərini
silməyə çalışırlar.
Beləliklə, qriqorianlığın birləşdirdiyi muxtəlif xalqların numayəndələrindən törəyən müasir erməni-haylar öz tarixlərini yaratmaq ücün başqalarının tarixini və mədəni irsini mənimsəmək yolu tutmuşlar, erməni tarixinin əsas mənbəyi saxta məlumatlara əsaslanır. Təsadufi deyil ki, “erməni dövlətçiliyi” ilə bağlı məlumatlar rəvayətlərə söykənir. Lakin erməni ideoloqlarının saxtakarlığın elmi
dövriyyəyə daxil olması ücün uzun əsrlərdir apardıqları məqsədyönlu iş bütün dünyanı erməni yalanları ilə üz-üzə qoymuşdur. Qeyd etmək lazımdır ki, erməni yalanlarının yayılması, elmi dövriyyəyə daxil olması ücün dini missionerlik əsas vasitə olmuşdur. Bu baxımdan, Adriatik dənizində Sent Lazar adasında yerləşən mxitarist katolik ordenini xususi fərqləndirmək lazımdır. 1701-ci ildən bu adada yerləşən və sonradan bir hissəsi Vyanaya köcən mxitaristlər erməni
yalanlarını dünyaya yaymağa, tarixi saxtalaşdırmağa böyuk “töhfə”lər verirlər.
Mxitaristlərin əsas vəzifəsi qədim kitabların yenidən yazılmasından, saxta erməni tarixinin yaradılmasından, antik muəlliflərin əsərlərinin qədim erməni əsərləri kimi təqdim olunması ücün ilkin mənbəni gostərmədən onlardan sitatların göturulərək istifadəsindən ibarətdir. Butun bunlar mifologiyaya əsaslanan erməni yalanlarının etibarlı tarixi mənbə kimi qəbul olunmasına yönəlmişdir.
Erməni yalanları olduqca bu yalanların ifşa edilməsi də zəruri bir prosesə cevrilir. Qeyd etməliyik ki, Avropa olkələrində, Rusiyada, Gurcustanda, Turkiyədə, Azərbaycanda coxsaylı muəlliflər tərəfindən erməni saxtakarlıqlarının həqiqi simasının ortaya çıxarılması ilə bağlı tədqiqatlar aparılmış, kitablar dərc olunmuşdur. Fikrimizcə, erməni yalanlarının ifşası davamlı olmalıdır. Bu baxımdan Araz Qurbanov, Nazim Mustafa və Elşad Əlilinin müəllifi olduqları “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” adlı kitab tarixi gerçəkliklərin saxtalaşdırılmasına qarşı yönəlmiş dəyərli araşdırmadır. Kitabda 3 əsas istiqamətdə yalanları ifşa edilir. Birincisi, mifologiyaya əsaslanan erməni tarixi, dövlətciliyi və rəmzləri ilə bağlı yalanlara özunəməxsus cavablar. İkincisi, qonşu xalqların musiqisini, rəqsini, kulinariyasını erməniləşdirmə cəhdlərinin əsassız olması ilə bağlı subutlar. Üçüncüsü isə XVIII əsrlərdən başlayaraq Qafqaza köcurulən hayların yalnız ermənilərin yaşadığı (monoetnik) məkanın sərhədlərinin genişləndirilməsi ilə bağlı məqsədyönlu planının görünməyən tərəflərinin ifşasıdır. Təkcə XX əsrdə 1905-1908 və 1918-1920-ci illərin qırğınlarında öldürülən on minlərlə, 1948-1953-cü illərdə öz yurdlarından köcurulən100 mindən yuxarı və 1988-1990-cı illərdə qovulan 250 mindən çox azərbaycanlı bu coğrafiyada ermənilərin öz şovinist planlarını həyata kecirməsi ücün
türklərdən təmizlənmə kimi böyuk bir planın mərhələləri olmuşdur. Müasir
Azərbaycan elmində erməni yalanlarının ifşa edilməsi ilə bağlı işlər davam edir və edəcək.
Bəyim Şirinli
İmişli rayonu Cəfərli kənd 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi