Logo

Üç rəngli bayrağımız dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.

06.11.2021 20:19 1877 baxış
IMG

Torpağın üstünə kölgələr salan, 
Mənim varlığımın cilası bayraq. 
Zəfərdən doğulan,
Göyturkdən qalan,
Qurdbaşlı bayrağın balası bayraq.
Bayraq kimliyimdi, bayraq menliyim,
Bayraq öz yurduma öz hakimliyim.

Bayraq bir ölkənin, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, vətən uğrunda Şəhid olanların qəbri uzərinə salınan dövlət atributudur. Bayrağın üzərində olan hər rəng, hər simvol bir özəl məna daşıyır. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı-Dövlət Bayrağıdır.

Azərbaycan Respublikasının  dövlət  bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidi Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub. Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağın təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi var. Azərbaycan bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da rəsmi olaraq elan edilib.  Dövlət bayrağının siyasi mənasını Məhəmməd Əmin Rəsulzadə verib. İdeya və fikir kimi Əli bəy Hüseynzadə “Füyuzat” jurnalında ilk dəfə olaraq islamçılıq, türkçülük, müasirlik məsələlərinə toxunub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir. 

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də bayrağımıza münasibətdə açıq-aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da dövlətçiliyə sədaqətin, yüksək ehtiramın ifadəsidir. 2007-ci ilin noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı yaradılması barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2007 –ci ilin dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət bayrağı Meydanının təməli qoyulub. 2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının İlham Əliyevin iştirakı ilə açılışı olub. Bayrağın dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri isə 3.2 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450kv.m, kütləsi isə təqribən 350 kiloqramdır. Bayrağın dirəyi ən hündür bayraq dirəyi kimi 2010–cu ilin mayın 29-da Ginnesin Rekordlar Kitabına daxil edilib.

Bu xalq dovlətinə ,millətinə məxsus olan bayrağını  asanlıqla yüksəklərə ucaltmayıb.Bu yolda zaman-zaman qanlar axıdılıbigidlər düşmən gülləsinə tuş gəlib.Vətən bayraq yolunda şəhid olublar.Qırmızı rəngi şəhid qanından alan bayrağımız zirvələrdə dalğalanarkən şəhid adınıda özü ilə birlikdə zirvələrə qaldırıb .
2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Azərbaycan bayrağını Lələtəpə yüksəkliyinə sancdı. Bundan sonra Dövlət bayrağımız işğaldan azad edilmiş, insanların təhlükəsiz yaşaması mümkün olmuş Cocuq Mərcanlıda dalğalandı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Cocuq Mərcanlı qısa müddətdə bərpa olundu və məcburi köçkünlərin öz doğma torpaqlarına “Qayıdış Proqramı”nın icrasına başladı.

Aprel döyüşü üçrəngli şanlı bayraqımızın işğal altında olan torpağlarımızda dalğalanacağının mujdəçisi oldu. Birliyimizin, bölünməzliyimizin rəmzi qanımız, canımız olan müqəddəs bayrağımız bu gun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ugurlu əməliyatları nəticəsində artıq işğaldan azad olunmuş Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda mədəniyyətimizin beşiyi olan Şuşada qürurla və vüqarla dalğalanır.

Müstəqil Azərbaycanın yetişdirdiyi gənclik bu gün silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək güclənmiş nizami ordunun düşmən uzərində qələbəsində iştirak edir. Azad olunmuş torpaqlarımızda qürurla Azərbaycan bayrağını dalğalandırır. Bu gun mənfur qonşularımızın işğal etdikləri torpaqlarımızın azad edilməsi ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasətin, xalqımızın öz Prezidenti ətrafında six birləşməsinin nəticəsində həyata kecirilir.

Gülşən Məmmədova
İmişli rayonu Buludlu kənd tam orta məktəbin tarix müəllimi.

Xəbər lenti