Logo

Milli birlik və vətəndaş həmrəyliyi prinsipini tərənnüm edən Konstitusiyamız əbədidir

10.11.2021 12:33 498 baxış
IMG

Müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat verən, cəmiyyətin sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişklik yaradan, sovet konsititutsiaysından fərqli olaraq insan və vətəndaş hüquqlarına fərqli mövqedən yanaşan müstəqil Azərbaycan Respublikasının Konstitiusiyası 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur və fəxrlə deyə bilərik ki, bu Konstitusiyamızın müəllifi məhzümummilli liderimiz Heydər Əliyevdir.

“Konstitusiya yaratmaq üçün, şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratikdövlətlərinin əldə etdiyinailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”-deyən Ulu Öndər Heydər Əliyevkonstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərəkvə görkəmli filosofların elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli konstitusiyasını yaratdı. 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin sədrliyiilə konstitusiya komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına şəxsən rəhbərlik etmişdir. 

1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91, 9 faizi Konstitusiyanın qəbul olunması lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Konstitusiyanın qəbuludövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunundaha da artması baxımından mühüm bir hadisə idi.

Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoyması idi. Əsas Qanunumuz dünyada elə nadir konstitusiyalardandır ki, burada demokratik hüquqidövlətin bütün prinsipləri -qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimibəyan edilmişdir. 

Müstəqilliyimizin bərpasının ilk illərində ölkəni bürüyən xaosdan, Azərbaycanı parçalamaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə gətirdiyi Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və cəsarətlə həyata keçirdiyi islahatlar, təkcə respublikanı inkişaf yoluna çıxarmaqla kifayətlənməyərək, həmçinin qanunların aliliyini də təmin etdi. Ümummilli lider Heydər Əliyev demişdir: ”Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü-ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti-bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”
1918-1920 -ci illərdə illərdə 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyəti Əsas Qanunu qəbul edə bilməsə də, müstəqillik tariximizdə mühüm rol oynadı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının müstəqillik tarixində oynadığı roldan bəhs edərkən demişdir:”1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyətibizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısıbirlikdə indiki müstəqilAzərbaycanın həm iqtisadi, həmintellektual, həm də mədəni potensialını yaradıbdır”. 

İlk konstitusiyanın yaranma tarixi sovet dövrünə düşür, belə ki, Azərbaycanın ilk konstitusiyası 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də 4-cü Ümumazərbaycan Sovetlər qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927 -ci il martın 26-da 5-ci Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-nin növbəti konstitusiyası təsdiq edilib. 1937-ci il martın 14 -də 9-cu Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni konstitusiyası qüvvəyə minib. Müxtəlif illərdə konstitusiyada dəyişikliklər edilsə də, bütün bunlar Azərbaycan üçün formal bir xarakter daşıyırdı. 

1977-ci ildə SSRİ yeni konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR -in konstitusiya layihəsi yenidən hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədarAzərbaycan SSRİ Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”
Dövrdən asılı olmayaraq, Ulu Öndər hər zaman ölkəsi, xalqıüçün əzmləçalışaraq, ölkəsinin, xalqının gələcəyini qurub. Yeni, mütərəqqi Konstitusiyamıza əsaslananmükəmməl hüquq sistemini yaradan Ulu Öndər hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə orqanları üzərində başlıca vəzifə olaraq qoydu. 

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə əsaslandı. Konstitusiya Məhkəməsi yaradıldı. Konstitusiyanın aliliyinin təmin edilməsi və hər kəsin hüquq və azadlıqlarının müdafiəsi Konstitusiya məhkəməsinin əsas məqsədləri kimi təsbit edilmişdir. Məhkəmə müstəsna olaraq Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyiqərarlarla bu məqsədləri həyata keçirir. Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulmasıişinə hüquqi zəmindir. Dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, və s. bu kimi nailiyyətlər konstitusiyada təsbit olunmuşdur. Siyasi sistemin mərkəzində insan və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi idealların əsas olması vacibdirvə bu vaciblik konstitusiyamızda əksini tapmışdır. 

İnkişaf etmiş dövlətlərinkonstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəlardan biri Əsas Qanunda sadalanan insan və vətəndaş hüquqlarının, azadlıqlarınınbeynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilməsidir. Konstitusiya ölkəmizin tərəfdar çıxdığıbeynəlxalq müqavilələri Azərbaycan Respublikası hüquq sisteminin ayrılmaz tərkib hissəsi elan edir. 

Konstitusiyanın əsas məqsədi insan hüquq və azadlıqlarının təminatıdır, məhz buna görə də Əsas Qanunumuzun 48 maddəsi insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir.

Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəalarıilə yanaşı onun ən böyükhissəsi olan “Əsas insan və vətəndaş hüquqları və azadlıqları”, fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olanbütün insan hüquqlarıvə azadlıqları, onların reallaşması üçün ümumi mexanizmlər əksini tapmışdır. Konstitusiyamızda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslin əsasını təşkil etmişdir. Müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanan həmrəylik prinsipi, digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, vətəni qürur mənbəyi hiss etməsi Ümumazərbaycançılıq qayəsinin təməlidir. 

Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar, ictimai proseslərinvə münasibətlərin normal tənzimlənməsinə xidmət edir. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün yaratdığı zərurətlə əlaqədar olaraq Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu ildə isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumda Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Bu dəyişikliklər Əsas Qanunumuzu daha da təkmilləşdirərək yeni dövrün tələblərinə uyğunlaşdırmışdır. İlk konstitusiyanın milli dövlətçilik tarixində əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanmışdır. 

Güclü Azərbaycan dövləti günü-gündən inkişaf edir, çoxəsrlik dövlətçilik ənənələrinə söykənir və daha da zənginləşir. Təməlini Ulu Öndərin qoyduğu bu missiyanı cənab Prezident İlham Əliyev layiqlitəmsilçisi olaraq xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi, sosial sferaların dəqiq tənzimlənməsinə xidmətedir və edəcək də!

Yaşasın, Azərbaycan!
Yaşasın hər zaman qanununaliliyini rəhbər tutan Azərbaycanı Respublikasının Prezidenti, qələbədən-qələbəyə məşəl kimi hər zaman xalqımızın yoluna işıq saçancənab Ali Baş Komandan!

Gülçöhrə Xəlilova,

Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

Xəbər lenti