Logo

Ağdam – Qarabağın ürəyidir

19.11.2021 10:31 778 baxış
IMG

Ağdam rayonu Azərbaycanın qədim rayonlarından biri olmaqla Qarabağın mərkəzində yerləşir. Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşməklə Ağdam rayonu qədim Qarabağın ürəyi sayılır. Ağdam Azərbaycanın inzibati rayonu kimi 08 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1094 km2, əhalisinin sayı 153 min nəfərdir. 

 Ağdam və onun ətraf ərazilərində qədim keçmişdə türkdilli qəbilələr yaşamışdılar. Onlar özlərini yadellilərinhücumundan qorumaq üçün kiçik qalalar tikirdilər. “ Ağdam”sözünün də mənası türk dilində məhz “kiçik qala” deməkdir. Uzun illər keçdikdən sonra rayonun adının mənası dəyişib “Ağdam “ olmuşdur. Bir neçə əsr əvvəl, yəni XVIII əsrinbirinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özünəağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Buna əsasən deyə bilərik ki, “Ağdam”- günəş şüaları ilənurlanmış işıqlı, ağ ev deməkdir. Həqiqətən də Ağdam rayonu Qarabağın vuran, döyünən ürəyidir. Ağdamsız Qarabağı təsəvvür etmək mümkün deyil. Əslində Qarabağa aid olan, həmçinin Qarabağ ətrafında olanbütün rayonların hər birinin özünəməxsus xüsusiyyəti var, o cümlədən də Ağdam rayonunun. 
Ağdam rayonunun tarixi abidələri uzun keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisi qədim insanların yaşayış məskənlərindən biri olmuşdur. Rayonda tanınmış arxeoloq İdean Nərimanov uzun müddətarxeoloji tədqiqat işləri aparmışdır. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ilk qədim insanlar rayonun ərazisində 6-8 min il bundan əvvəl yaşamışdılar. Onların yaşadıqları dövr Eneolit vəOrta Tunc dövrünə aid olmaqla e. ə. II minilliyin birinci yarısına təsadüf edir. Həmin dövrdə yerli əhali oturaq həyat keçirməklə yüksək əkinçilik mədəniyyətinə malik olmuşdular. Bu əsasən arxeoloji qazıntılar zamanı burdan tapılan taxıl və üzüm dənələrinə əsasən sübut olunmuşdur. 
Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, buraQafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan ərazilərdən biri olmuşdur. XXəsrin 80-ci illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan Son Tunc və Dəmir dövrünə aid olanmöhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Bu abidə əsasən e. ə. XIX-XIII əsrləri əhatə edir. Kurqanda aşkar edilən maddi tapıntılar bu abidələrin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. 
1988-ci ildən Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Hazırkı Ermənistanöz dövlətini qədim Azərbaycan torpaqları üzərindəqurmuşdu. Mənfur bir xalq olan ermənilər 1988-ci ildən Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək üçün müharibəyə ilk olaraq məhz Ağdam rayonundan başladılar. Müharibənin ilk günlərindən ən böyük ağırlıqlarAğdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür. 1988-ci ildəErmənistandan, həmçininDağlıq Qarabağ Muxtar Vilayətindən öz ata-baba yurdlarından, doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı ilk olaraq Ağdam rayonuna pənah gətirdilər. 
1992-ci ildə Dağlıq Qarabağıbütünlüklə işğal edən Ermənistan dövləti Rusiya ordusuna arxalanaraq Qarabağın ətraf rayonlarına dahücum etdi. Ağdam rayonuna olan hücumların ardı arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. S. Hüseynova tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq Bakıya doğru hücuma keçmişdilər. Mənfur ermənilər də bu fürsətdən istifadə etdilər. 
Birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri 03 iyul 1993-cü ildə baş vermişdir. Bu ərəfədə Gəncə və Bakıda baş verən hadisələrermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirməyə imkan verdi. Ağdama edilən birinci hücum nəticəsiz qaldıqda ermənilər qüvvəni Ağdərəistiqamətində cəmləşdirdilər. İyunun26-da Ağdərə rayonu ermənilər tərəfindən işğal olunur. Ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayırlar. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət olanvə düşməndən sayca az olan Azərbaycan Milli Ordusu döyüşürdü. 
 Ağdam həqiqətən Dağlıq Qarabağın qapısı, düşmən qarşısında alınmaz qala idi. Ermənilər onu belə asanlıqla ələ keçirməyiheç ağıllarına da beləgətirməmişdilər. 1888-ci ilin fevralındaermənilərin Xankəndindəki qiyamındanbir neçə gün sonra hiddətlənmiş insanlar əliyalın haldaAğdamdan Əsgərana doğru yürüş edəndə ermənilər ayaqyalın – başıaçıq qaçmağa üz qoymuşdular. Təəssüf ki, xalqın bu kortəbii əks reaksiyası o vaxt namərdliklə pozulmuşdur. 
42 gün davam edən döyüş 1993-cü il 23 iyultarixində Ağdamın işğalı ilə başa çatır. Nəticədə Ağdamın 882 km2 ərazisi, rayon mərkəzi 90 kəndi işğal olunmuş, 128 mininsan məcburi köçkün həyatını yaşamışdır. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən çox insan şəhid olmuş, minlərlə insanəlillik qazanmış, əhali öz doğma yurd yuvasından qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdılar. Ağdamın işğal olunması nəticəsində rayonun 38 kolxozu, 12 sənaye müəssisəsi, 74 məktəbi, 271 mədəniyyət evi, dünyada yeganə olan çörək muzeyi, 67 idarə, 99 klubu düşmən əlinə keçmişdir. 
 Dünya ictimaiyyəti Ağdamın işğalı ilə bağlıyekdil mövqe göstərdilər. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul etdi. Qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, həm də tam və qeyd-şərtsiz çıxarılması tələb edildi. Müharibənin həlli yolunu tapmaq üçünvasitəçilik aparmaq məqsədiləMinsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından “Ağdama hücum qətiyyətlə pislənmiş, işğal olunmuşərazilərdəerməni qoşunlarının çıxarılmasına çağırış etmişdir” Bütün bu qətnamələr icra olunmadan kağız üzərində qalmış beynəlxalq qətnamələr olaraq qalmaqdadır. 
Rəsmiİrəvan hərbi cinayətkardır. Danışıqlar prosesi çərçivəsində Ermənistan daim bizə qarşı hərbi təxribatlar törədirdi. Müzakirə prosesinin müxtəlif dövrlərində fərqli xarakterli təxribatlar baş verirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. 
Beynəxalq normalara məhəl qoymadanatəşkəsiuzun illər pozmaqda davam etdi, danışıqlar prosesinə xələl gətirdi və həmişədə bütün günahları Azərbaycanın üstünə atmağa çalışdı. Ən sonuncu atəşkəs razılaşmasının da mürəkkəbi qurumamış Ermənistan həmin sənədin ziddinə getdi atəşkəsi pozdu. Bununlada bir daha göründü ki, Azərbaycanfaşist xislətli, sivil qayda-qanunlar tanımayan, təcavözkar bir düşmənlə mübarizə aparır. 
 İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərinikobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı dövlət vəyaşayış binalarının talan edilməsi, ərazinin yandırılması kimi qeyri qanuni əməllər törədib. Ağdamda olan dünya əhəmiyyətlitarixi abidələri- Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr)və türbəsi (XIX əsr), şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılanməscid və onun minarələri dəvəhşicəsinə uçurulmuşdu. ÜmumiyyətləErmənistansilahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətini təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildənümayiş etdirir. 
 Bu günartıq Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata uyğun addımların atılması mərhələsidir. 10 noyabr 2020-ci ildəErmənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq20 noyabr 2020-ci ildəAğdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. 20 noyabr tarixində müzəffər Azərbaycan Ordusu Ağdama daxil oldu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycan dövlət bayrağı ucaldıldı və dövlət himni səsləndirildi. 
Üçtərəfli bəyanat imzalanarkənErmənistan özünü müharibə zamanı necə aparırdısa, masa arxasında da, bəyanatın həyata keçirilməsində də çalışır ki, bunu davam etdirsin. Halbuki Ermənistan üçtərəfli bəyanatınbütün müddəalarına əməl etməyə və razılaşmaya məcburdur, çünki Ermənistanın başqa yolu yoxdur. Dövlət başçısı cənab İlham Əliyevisəsübut etdi ki, Azərbaycan müharibəni həm döyüş meydanında , həm siyasi müstəvidə qazanıb. 
2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə“Ağdamın azad olunmasına görə” medalıtəsis edildi. Müzəffər Ali Baş Komandan tərəfindənAğdam rayonunun işğaldanazadedilməsi uğrunda aparılmış döyüş əməliyyatında iştirak edən şəxsi igidlik vəşücayətnümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu“Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 
Ermənistan Silahlı birləşmələrin xarici havadarlarının dəstəyi iləişğal edilmiş Azərbaycan torpaqlarının qəhrəman Ordumuz tərəfindənazad olunmasından sonra bütün dünya ictimaiyyətinin diqqəti çox ağrılı bir məsələyə - təqribən 30 il müddətin işğal altında qalan həmin ərazilərdətörədilən vəhşiliyə, insan adına sığmayan dağıntılara, bu ərazilərdə həyatın son izlərinin silinməsinə yönəldi. Həm Azərbaycan Prezidenti İlham Əliyevin bu bölgələrə səfəri zamanı aparılançəkilişlər, həm dəMüdafiə Nazirliyinin azad edilmiş yaşayış məntəqələrindənnümayiş etdirdiyi video görüntülər bu yerlərin hansı zülmə məruz qaldığını bütün dünyaya nümayişetdirdi. Eyni zamanda Prezident İlham Əliyevinxarici jurnalistlər üçün təşkil etdiyi mətbuat konfranslarınıniştirakçıları, Azərbaycandakı diplomatik korpusun bu ərazilərə səfərlərdə iştirak edən nümayəndələri, Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlərin qonaqları erməni işğalçılarının törətdiyi görünməmiş vəhşiliyin canlı şahidi oldular. Təsadüfideyil ki, 2001-ci ilin aprelində ABŞ-ın Kaliforniya ŞtatınınKi-Uest şəhərindəAzərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş danışıqlarından sonraişğal altında qalan ərazilərə səfər edən məşhur amerkalı jurnalist və yazıçı Tomas de Vaal daAğdamı dağıdılmış məscidin minarəsindən ziyarət edərkən ağlına ilk olaraq məhz Xirosima gəlmişdi. Təbii ki, amerkalı jurnalistin Ağdamı Xirosima ilə müqayisə etməsi heç də təsadüfi deyildi. Bu şəhərlərdən birincisinindincəhalisiABŞ hərbçilərinin, digəri isə erməni vandallarının qurbanı olmuşdur. 1945-ci il avqustun 6-da ABŞ hərbçilərinin nəzakətlə“Balaca” adlandırdığı atom bombasınınpartlaması nəticəsində bir anıniçində 140 minədəkinsan həyatını itirmişdisə, ermənilərin Qarabağa səlib yürüşü nəticəsində 100 minlərlə insan doğma yurdlarındandidərgin düşmüş, 10 minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. Amerkalılar insanlığa qarşı bu cinayəti ətraf ölkələri, o cümlədən Yaponiyanı militarizmindən xilas etmək məqsədilə, ermənilər isə qondarma “tarixi vətənlərini” azad etmək adı altında həyata keçirmişdilər. 
 Ağdam vəAzərbaycanınişğaldan azad olunmuşdigərşəhərlər hazırlanmış baş plan əsasında bərpa olunacaq. Bütün şəhərlər, o cümlədənAğdam şəhəribaş plan əsasındaplanlı şəkildə bərpa olunacaqdır. Hazırlanmış baş plan2021-ci ilin 28 may tarixindəAzərbaycan ictimaiyyətinə təqdim olunmuşdur. Ağdam işğaldan azad olunduqdan sonramüzəffər Ali Baş Komandan İlham Əliyevvə birinci xanım Mehriban Əliyeva bir neçə dəfə Ağdam şəhərinə səfər ediblər. Birinci dəfə 2020-ci il noyabrın 23-dəonlar Ağdam şəhərinə səfər edərək şəhərin mərkəzində Azərbaycan bayrağını qaldırdılar. Prezident İlham Əliyevhəmin günü geniş çıxış edərəkçıxışında qeyd etdi:“Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərinin bərpa edəcəyik. Heç kimdə bu haqda şübhəolmasın. Bu böyük iş olacaqdır”. 
Hörmətli Prezident cənab İlham Əliyev 2021-ci il mayın 28-dəAğdama səfər çərçivəsindədövlət başçısı Bərdə-Ağdamavtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə -parkında ağaclarınəkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkını, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbinyeni binasının təməlqoyma vəAğdam şəhərinin bərpasınıntəməl daşının qoyulması mərasimində iştirak edib. 
 Ümumiyyətlə, azad olunmuş ərazilərimizinvahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialınıngenişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteqrasiyasıölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Qarabağın bərpa prosesi çoxşaxəliolduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaranacaq. 

Elmira Soltanova

Ucar şəhər 4 nömrəli tam orta məktəbin direktoru

Xəbər lenti