“Virtual məktəb” platforması üzərindən “Azərbaycanı tanıyaq” mövzusunda vebinarlar davam edir.
Təhsil Nazirliyindən bildirilib ki, dekabrın 10-u saat 16:00-da keçiriləcək vebinar “Qarabağ ədəbiyyatı” mövzusunu əhatə edəcək.
Xatırladaq ki, hər həftə təşkil edilən vebinarların məqsədi ölkəmizin tarixi-mədəni irsinin araşdırılması və öyrənilməsidir.