Logo

Ərəb işğalından sonra Azərbaycanda ticarətin genişlənməsi və möhkəmlənməsi

15.03.2022 18:41 645 baxış
IMG

(Numizmatik materiallar əsasında)

642-ci ildə Nəhavənd yaxınlığındakı vuruşma və Sasani ordusunun ikinci məğlubiyyəti, əsasən, onun nəticesində baş  vermişdi ki, ayrı-aynı müstəqil vilayətlərdən ibarət olan İran vahid və birləşmiş bir dövlət deyildi. Yerli hökmdarlar çox güclü olub şahdan asılı olmadıqlarına görə, III Yəzdigerdin çağırışına gəlmirdilər, gələndə isə aralarında köhnə ixtilaflar başlanırdı, nəticədə onlar öz qoşunlarını aparıb gedirdilər. Iranın ayrı-ayrı hökmdarlarının ayrılma əhval-ruhiyyəsi Sasani imperiyasının dağılmasına son dərəcə kömək edir və bir-birindən ayrılmış hissələrinin ərəblər tərəfindən işğal edilməsini asanlaşdırırdı.
İstilanın başa çatması və islam dininin yayılması. Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq, əhali onlara asanlıqla boyun əymadi. Hər dəfə düşmanə ciddi müqavimət göstərdi, vergi verməməkdən və islam dinini qebul etməkdən imtina etdi. Yalnız 90 illik keskin mübarizaden sonra xilafət orduları Azərbaycanın istilasını başa çatdıra bildilər. 

Orta əsrlərdəki yazılı mənbələr və qazıntı materialları Azərbaycan və Arranda bir ençə kateqoriyadan şəhər olduğunu müəyyən etməyə imkan verir. Həmin dövrdə daha geniş surətdə ictimai əmək bölgüsü əmələ gəlir, sənətlər kənd təsərrüfatından ayrılır və şəhərlərdə mərkəzləşir. Şəhər kənddən ayrı düşür. Lakin həmin dövrdə Azərbaycan və Arran şəhərlərinin əksəriyyəti hələ mühüm ticarət-sənaye mərkəzi olmamışdı. Mənbələrdə təkcə “böyük” və “məşhur” adlanan şəhərlər ticarət-sənaye mərkəzi idi, bunlar da beynəlxalq tranzit ticarətinin əsas yolları üzərində salınmış şəhərlər olmuşdu. Bərdə, Dərbənd, Çoqa, Beyləqan (Paytakaran) belə şəhərlərdən idi. Həmin şəhərlərdə ruhani və dünyəvi zadəganlar, tacirlər, sələmçilər və əkinçiliklə əlaqəsini kəsmiş sənətkarlar yaşayırdılar. Mənbələrdə göstərilir ki, şəhərlərdə geniş istehlak şeyləri hazırlayan sənətkarlardan başqa “qızıl, gümüş, dəmir filizi və mis çıxarmaqda biliyi olan müxtəlif sənətkarlar da” var idi. Şəhərlərin ikinci kateqoriyası - əsas ticarət yollarından uzaqda yerləşən qapalı sənətkarlıq və ticarət mərkəzləridir. Şəki, Qəbələ, Amaras, Şamxor, Naxçıvan, Ərdəbil, Girdiman bu kimi şəhərlərdən idi. Həmin şəhərlər eyni zamanda qala idi, çünki burada çoxlu hərbi dəstələr olurdu. Kənd tipli şəhərlər, yəni əkinçilik xarakterli şəhərlər də var idi; bunlar ictimai-iqtisadi mənada şəhər olmayıb, feodal vilayətlərin inzibati mərkəzi idi. Bunlarda ictimai və əmlak cəhətdən hələ aydın təbəqələşmə yox idi. Bu şəhərlərin əhalisi natural təsərrüfat həyatı keçirirdi və başqa bazarlarla əlaqələri, demək olar ki, yox idi. Bu dövrdə ticarət və mal mübadiləsi tədricən, bunların ardınca pul tədavülü artırdı. 

Ərəblərin işğal siyasətinin erkən dövrlərində pul zərbi asas yer tutmurdu. Bu fakt onların hayat tərzi, şəhər və dövlət mədəniyyətinin atributları ilə tanış olmamaları və həmçinin, hələlik yalnız müharibələrlə məşğul olmaları ilə birbaşa bağlı idi. İşgal etdikləri bütün dövlətlərdə ilk illərdə onlar pul zərbini olduğu kimi saxlayırdılar. Buna sübut olaraq numizmatika elmində qəbul edilən bizans-ərəb, latın-ərəb, sasani-ərəb və digər pulları misal çakmək olar. Bu cür «

Qızıl pullar - dinar (I misqal şəri çəkisində - yani 4,25 qr. ayarı 87,9%). Yerlərdə, o cümlədən Azərbaycanda belə dinarlar əhali arasında hakimiyyətdə olan əmirin adı ilə adlanırdı: Əl-Xabiriyyə dinarı - yəni Ömər İbn Xabərin dövründəki qızıl pullar və s. Əməvilərin dövründə dinarlar anonim xarakter daşıyırdı, yəni pulların üzərində hökmdarın və zərb yerinin adı göstərilmirdi.

Gümüş pullar – dirhəm adlanırdı; daqiq çəkisi 2,985 qram idi. Sasani draxma pul sisteminə əsaslanırdı. Azərbaycanda adı çəkilən pullar 701-ci ildən dövriyyəyə buraxılır. Bu zaman pulların üzərində hökmdarların və zərb yerlərinin adlarının göstərilməməsinin səbəbi İslam dini ilə bağlı idi. Belə ki, dünyada və təbiətdə yaranan hər şey Allahın adı ilə bağlı idi. Bu cür pul zarbi Abbasılardan al-Mehdinin (775-785) hakimiyyətinə qədər davam etmişdi. Beləliklə, ərəb xilafətinin tarixində pul sistemi qaydaya salımır: qızıl pul - dinar, gümüş pul - dirhəm, mis pullar - fels adlanır. Dinar həm də yarımdinar kimi zarb olunurdu - yəni dinarın çəkisinin 3-nə bərabər. Dinar ticarətdə asas yer tutmurdu. Alıcılıq qabiliyyəti olan pul nominalı bu zaman gümüşdən zərb edilan dirham idi. Qızıl dinarları isa ayrıca çox qiymətli əmtaa kimi alqı-satqıda istifadə edirdilər. Gümüşün qızıla olan nisbati 1:15 götürülürdü, yani Iqr. qızıl 15 qr. gümüşə bərabar hesablanırdı və yaxud 1 dinar 6 dirhamə bərabar idi. Beləliklə, xilafətdə gümüş pul sistemi faaliyyat göstərirdi. Bu zaman faaliyyət göstərən çoxsaylı zarbxanalar içarisində Azərbaycan, Arran, Qandza, Al-Bab, Orməniyya, Dəbil, Marağanın adını çəkmək olar. Numizmat alim Seyfəddininin ehtimalina görə «Azərbaycan» adlı zarbxana indiki İran Azərbaycanında - Ərdəbildə yerləşmişdi. Ərməniyyə adlı zərbxana pulların üzərində cürbəcür formada, yəni Ərməniyyə-Bərda, Ormaniyya-Harunabad va ya Ərməniyya kimi zarb edilmiş Bunlardan 2 zarbxana yalnız Azərbaycanin köklü torpaqlarına aiddir.

Üçüncü - yanı Ərməniyyə isə Suriya və yaxud ermənilərin indiki Iran ərazisində kompakt yaşadığı məkana aiddir. Arxeoloji tədqiqatların nəticələri ilə təsdiq olunan yazılı mənbələr ərəb Arxeoloji tədqiqatların nəticələri ilə təsdiq olunan yazılı mənbələr ərəb işğalı, xəzər yürüşləri, yerli əhalinin Xilafətə qarşı çıxışları və s. ilə əlaqədar iki əsrdən çox davam edən iqtisadi durğunluq dövründən sonra Azərbaycanda şəhərlərin, sənətkarlığın və ticarətin inkişaf etməyə başladığını göstərir.

Mərkəzləşdirilmiş dövlət olan Xilafətin tərkibində bir-birilə əlaqəli surətdə inkişaf edən belə şəhərlərin artması ilə onların əvvəlki müstəqilliyi və daxili muxtariyyəti əldən verilir. şəhərin kənddən ayrılması prosesi gücləndikcə, şəhər əhalisi torpaq işlərindən tamam əl çəkib yalnız sənətkarlıq və ticarətlə məşğul olmağa başlayır. Sənətkarlığın, daxili və xarici ticarətin sürətli inkişafı bəzi şəhərlərin sosial-iqtisadi quruluşunda mühüm dəyişikliklərə səbəb oldu. ġəhərlərin qala divarları daxilindən – şəhristanlardan kənarda geniş ticarət və sənətkarlıq məhəllələri rabadlar meydana gəldi. ġəhər əhalisinin sosial tərkibində sənətkarlar və tacirlər üstünlük təşkil etməyə başladı.

Müxtəlif sənət və peşə sahibləri bir qayda olaraq bazarların ətrafında, xüsusi məhəllələrdə məskən salırdılar. Bazarlarda ayrı-ayrı peşə və sənət sahiblərinin öz sırası olurdu. Lakin inkişaf etmiş feodalizm dövrü şəhərlərinə xas olan bu xüsusiyyətlərin varlığına baxmayaraq, o dövrün bütün şəhərləri feodal şəhəri səviyyəsinə yüksələ bilmədi. Bu şəhərlərin təsərrüfatının ümumi inkişafı onların tədricən orta əsrlərin feodal şəhərinə çevrilməsi üçün zəmin yaratdı.

Əli Ələkbərov,
Xəzər Universitetinin tələbəsi

Xəbər lenti