Logo

Onlayn təhsil, distant təhsil, ömürboyu təhsil

26.03.2022 13:10 1008 baxış
IMG

Distant (məsafəli) təhsil alma metodu olduqca dərin keçmişə malikdir. Onun yaranmasında əsas rol oynayan İsaak Pitman olub, o 1840 ildən poçt məktubları vasitəsi ilə Birləşmiş Şahlığın tələbələrinə stenoqrafiya (danışılan sözləri xüsusi işarələrlə cəld yazma üsulu) öyrədirdi.

Amerika Birləşmiş Ştatalarında da XIX əsrin 70-ci illərində distant təhsilin təşkili ilə baglı addımlar atılmışdı. Belə ki Ann Eliot Tiknor 1873-cü ildə qadınların poçt vasitəsi ilə təhsil alması üçün təhsil sistemi hazırlamışdı. Onu Tiknot Cəmiyyəti adlandırmışdı.

Dünyada gedən qlobal proseslər, biliyə əsaslanan iqtisadiyyatın sürətli inkişafı keyfiyyətli insan kapitalının formalaşmasını, təhsil problemlərini diqqətdə saxlamağı tələb edir. Təhsilin modernləşdirilməsi zərurəti, respublikanın regionda İKT sahəsində lider dövlət olmaq məqsədləri üçün bu gün ölkədə virtual təhsil sistemini inkişaf etdirmək zəruridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sistemi qarşısında qoyduğu mühüm tələblərdən biri - "...Azərbaycanda virtual dərslər keçirilməlidir" kimi müəyyən edilmişdir. Bu tələb milli təhsil sisteminin perspektiv inkişaf vektorunu müəyyən edir. Bu səbəbdən bütün strateji təhsil sənədlərində respublikada virtual təhsilin, distant təhsilin (DT) yaradılması və inkişafı xüsusi qeyd edilmişdir. DT texnologiyalarının tətbiqi bu gün dünyada geniş vüsət almaqdadır. Bu sahənin inkişafı milli təhsil sisteminin təkmilləşdirilməsi, beynəlxalq tələblər səviyyəsinə qaldırılması, qlobal informasiya təhsil məkanına inteqrasiya edilməsi baxımından da əhəmiyyətlidir. DT informasiya cəmiyyətinin inkişafı və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşmanın tələbidir. İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları artıq DT sisteminə inteqrasiya olunmuş, vahid milli informasiya-təhsil məkanı yaranmışdır. Bu gün dünyada on milyonlarla insan DT texnologiyaları əsasında sistematik təhsil alır. DT auditoriyalara sığmayan, sərhədsiz, transmilli təhsil texnologiyasıdır. Təhsil yönümlü beynəlxalq təşkilatların, cəmiyyətlərin, o cümlədən YUNESKOnun təhsil siyasətinin mühüm istiqamətlərindən biri DT sisteminin inkişafıdır. YUNESKO artıq qlobal şəbəkə universiteti yaratmışdır. MDB səviyyəsində isə 20 universitetin iştirakı ilə "Universitetlərin şəbəkə işbirliyi (əlaqələri)" adlı layihə reallaşır. Layihənin məqsədi MDB ərazisində DT texnologiyaları əsasında ali təhsilin inkişafını dəstəkləməkdir. Layihə çərçivəsində bu ilin əvvəlində YUNESKO-nun dəstəyi ilə "İnnovativ iqtisadiyyatın kadr təminatı üçün universitetlərin şəbəkə əlaqələri" adlı beynəlxalq konfrans təşkil edilmişdir. Bu gün DTnin yaradılması kütləvi və əlçatan ali təhsili formalaşdırmaqla bərabər, iqtisadiyyatın kadr təminatı problemlərini operativ həll edir, ölkənin qlobal səviyyədə müsbət imicinin formalaşmasına dəstək verir.

Distant təhsil haqqında çoxlu sayda mənbələrin təhlilinə əsaslanıb praktikada daha geniş istifadə olunan aşağıdakı texnologiyaları qeyd edə bilərik:

1. Keys – texnologiyası

2. İnteraktiv televiziya

3. İnternet şəbəkə texnologiyası.

Keys - texnologiyası zamanı xüsusi tədris metodiki materialları toplam şəklində komplektləşdirilir. Bu toplam müstəqil öyrənmək üçün şagirdlərə göndərilir. Müəllimlərlə - məsləhətçilərlə ünsiyyət, bu məqsəd üçün yaradılmış regional tədris mərkəzlərində həyata keçirilir. Müəllimin müxtəlif məsafədə olan auditoriya ilə vizual olaraq birbaşa əlaqə yaratmaq imkanının olması interaktiv televiziyaya əsaslanan təhsilin əsas üstün cəhətidir. Tədris prosesinin ənənəvi metodikaya və ya müasir pedaqoji təlim texnologiyalarından istifadəyə əsaslanmasına baxmayaraq, tədris prosesinin faktiki olaraq adi təlim prosesini təkrarlaması onun əsas mənfi cəhətlərindəndir. Unikal metodikanın, nümunəvi laboratoriya eksperimentlərinin, yeni texnologiyaların, təlim və istehsal üsullarının, habelə yeni bilik və bacarıqların bu üsuldan istifadə etməklə nümayişi məqsədəuyğundur. Əlbəttə, təhsilin bu distant forması interaktivdir, kadrların ixtisasartırma və mütəxəssis hazırlığı sistemində çox perspektivli hesab edilə bilər. Amma hazırda bu təlim texnologiyası nisbətən bahalı texnologiyalardan hesab olunur.

Şəbəkə texnologiyalarına lokal və qlobal hesablama şəbəkələrinin imkanlarından yararlanan İnternet-texnologiyalar aiddir. İnternet-texnologiyada "Ümumdünya hörümçək toru" oxuyanların tədris-metodik materiallarıyla təminatı üçün, həmçinin öyrənənlə müəllim arasında interaktiv qarşılıqlı əlaqə üçün istifadə olunur. "Çoxlarının - çoxları ilə" əlaqə yaratmaq imkanının olması İnternettexnologiyanın distant təhsilin başqa texnologiyalarından prinsipial fərqidir. Adətən distant təhsil prosesində adı yuxarıda çəkilən texnologiyalardan müxtəlif nisbətlərdə istifadə olunur. Bir çox hallarda distant təhsili ənənəvi qiyabi təhsillə eyniləşdirməyə çalışırlar. Əslində isə bu belə deyil. Qiyabi təhsildə eyni ixtisasda təhsil alanlar üçün tədris plan və proqramı, yoxlama və kurs işlərinin, habelə imtahanların da verilmə müddətlərinin hamı üçün ümumi olması nəzərdə tutulduğu halda, distant təhsildə fərdi proqram və qrafik üzrə təlimi asanlıqla reallaşdırmaq mümkündür. Təhsil standartlarının tələblərini və şagirdin bacarıq və imkanlarının daha dəqiq və dolğun nəzərə alınmasının mümkünlüyü distant təhsilin əsas effektiv amillərindəndir. Adətən təlim prosesinin eyni zamanda bir neçə ünsiyyət vasitəsinin köməyilə aparılması, tələbəyə təlim materiallarını yaxşı mənimsəməyə imkan verməklə yanaşı, öyrənmə prosesində müvafiq bilik sahələrinin son inkişaf və nailiyyətləri ilə tanış olmağa imkan verir. Bundan əlavə, öyrənmə prosesi zamanı tələbələrin müəllim ilə operativ əlaqə saxlamaq imkanının olması, anlaşılmayan mövzu üzrə məsləhət almaq, sual vermək imkanının olması distant təhsilin xeyrinə olan ən güclü arqumentlərdən biridir. Distant təhsil müəllimə şagirdin tədris fəaliyyətinə daimi nəzarəti asan reallaşdırmağa imkan verir. Bu isə şagirdi sıçrayışsız və geriləməyə yol vermədən müntəzəm, deməli daha səmərəli işləməyə məcbur edir. Peşə təhsili müəssisələrində çalışan mühəndis pedaqoji kadrların mütəmadi olaraq ixtisasartırma, təkmilləşdirmə, yenidənhazırlanma, təcrübəkeçmə, bir sözlə, fasiləsiz əlavə təhsilin təşkilində distant təlim texnologiyalarının müstəsna rolu vardır. Regionlarda işləyən kadrların paytaxta uzunmüddətli və ya qısamüddətli kurslara ezam olunmasına ehtiyac qalmır. Çoxsaylı mənbələrin araşdırılması nəticəsində distant təhsil formasının aşağıdakı üstün cəhətlərini qeyd edə bilərik:

* Təlim prosesinə sərf olunan vəsait azalır (tədris binasının icarəsinə, şagird və müəllimlərin təhsil yerinə gəlib-getmələri üçün nəqliyyat və s. xərclərinə daha ehtiyac qalmır);

1. Funksional təyinat. Ensiklopediyalar (sorğu materialları kimi istifadə olunan geniş VB); Virtual universitetlər və kolleclər (WWW sahəsində tətbiq edilən distant tədrisin ayrı-ayrı formalarının təşkil olunması üçün); test proqramları.

2. Fəaliyyət mühiti. Qeyri-şəbəkə mühitində (məsələn, DOS) test rejimi olan məhsullar; şəbəkədənkənar əməliyyat sistemləri mühitində (məsələn, Windows) qrafik rejimli məhsullar; şəbəkədən istifadə üçün şəbəkə texnologiyasından yararlanan məhsullar; WWW mühitində işləyə bilən məhsullar.

3. İstifadəçi kateqoriyalarının sayı. Şəbəkədənkənar bir istifadəçili məhsullar; şəbəkədə mövcud olan biristifadəçili məhsullar; şəbəkədənkənar çoxistifadəçili məhsullar; şəbəkədə mövcud olan çoxistifadəçili məhsullar.

4. Hipermedia və multimediadan istifadə. Ancaq mətn məlumatı olan proqram məhsulları; mətn informasiyaları və qrafik komponentləri olan proqram məhsulları, hipertext üzrə proqram məhsulları; multimedia imkanlarından faydalanan proqram məhsulları; hipermedia imkanlarını tətbiq edən proqram məhsulları. Distant təhsil zamanı tələbələrin və müəllimlərin qarşılıqlı əlaqəsi üçün çox vaxt qeyd olunmuş internet texnologiyaları istifadə olunur:

• WWW ( World Wide Web – «dünya hörümçək toru») – hipermətnləri olan bir şəbəkədə işləmək texnologiyası;

• FTP (Fayl Transfer Protocol – «faylların ötürülməsi protokolu») – istehsal formatında faylların şəbəkə üzərində ötürülmə texnologiyası;

• IRC (Internet Relay Chat – «şəbəkədə növbəli danışıq») – şəbəkə üzrə birbaşa dialoq rejimində başqa şəxslərlə qarşılıqlı münasibətdə olmaq imkanı verən real vaxtda danışıqların təşkili texnologiyası;

• E-mail – e-poçt – bir neçə dəqiqədə dünyanın hər hansı bir yerində e-poçt abonentlərinə çatdırılan məktubların göndərilməsi və qəbul olunması; ayrı-ayrı firma və təşkilatlardan şəbəkə abunəçilərinə icmallar, xülasələr və başqa sorğu materiallarının göndərilməsi üzrə məlumat xidməti; • Telekommunikasiya – uzaq məsafələrdə olan insanların iştirak edə biləcəyi müzakirə materiallarının qəbuledilmə və göndərilmə texnologiyası; məlumat axını dəstəkləmək üçün fərqli formalarda şəbəkə texnologiyaları istifadə oluna bilər: e-poçt üzrə telekonfranslar, yaxud operativ rejimdə telekonfranslar, elektron elan lövhələri; televideo konfranslar; • BBS – Elektron Elanlar Lövhəsi (Bulletin Board System) – kompüter telekommunikasiyası vasitəsi ilə məlumat mübadiləsini təmin edən aparat və proqram vasitələri kompleksi. İstifadəçilər orada fayllar və mesaj qoymaq imkanı qazanırlar. Distant təhsildə müəllim və tələbələr arasında yaranan və telekommunikasiya və başqa yeni İT-nin köməyi ilə həyata keçirilən informasiya axını iki istiqamətlidir: informasiyanın bir qismi müəllimdən tələbəyə, başqa qismi tələbədən müəllimə gedir. Bu amil yeni İT-nin proqram vasitələrinin nəzərə alınması ilə distant təhsildə fəallığın artırılmasına zəmin yaradır. Tədris prosesində müəllimlə münasibətdə olan tələbələr qrupu yaranırsa, onda məlumat axını daha bir neçə yöndə yaranır: müəllimdən bütün qrupa və əksinə, bütün qrupdan müəllimə, tələbədən qrupa və əksinə qrupdan tələbəyə və s. Hazırda dünyada ən çox istifadə olunan distant təhsil sistemləri bunlardır:

• Openmeetings;

• Web-CT;

• Adobe Connect;

• E-Nocta;

• Moodle;

• BlackBoard. Moodle sistemi ödənişsizdir.

Sistem Windows və eyni zamanda Linux sistemlərində çalışır. Bu sistemin üstünlüklərindən biri ölçülə bilən olmasıdır, başqa sözlə desək, Moodle 50000 tələbəli və minlərlə də kurslu nümunələrə sahibdir. Təklikdə ticarət paketləri (Web-Ct və Blackboard) ilə rəqabətə girərək təhsil sektorunda xüsusi paya malikdir. Bu sistemin 210 ölkədə, 70 dildə dəstəyi vardır, hər bir kəs istədiyi dili seçə bilər. Tərəqqi etdirmək və tətbiq etmək üçün mütəxəssislər lazımdır. Blackboard ən çox istifadə olunan təhsili idarəetmə sistemlərindən biri hesab edilir. Əgər yaxşı idarə edilərsə, nəticələr də çox yaxşı ola bilər. Zamanla tərəqqi etdirildiyi üçün tələbələr və müəllimlər sadə veb brauzerlərlə daxil ola bilərlər. Ancaq mənfi cəhəti odur ki, idarəetmə yaxşı olmasa, qarışıq vəziyyətə düşə bilər.

DT-in çatışmazlıqları öyrənənlər və öyrədənlər arasında birbaşa canlı ünsiyyətin olmaması, praktik məşğələlərdə çatışmazlığın hiss olunmasıdır. Distant tədrisi reallaşdıran tədris müəssisələrinin çoxunda axşam və ya istirahət günlərində əyani məşğələlər də keçirilir. Bu məşğələlər məcburi deyil, amma təhsilalanların praktik bacarıqlarının formalaşması üçün çox faydalıdır. Tədris müəssisələri sırasında istirahət günlərində öyrənənlərin qrup işini təşkil etmək üçün qısa (iki-üç günlük) “gəzən” məktəblərdən də istifadə olunur. Texnoloji yeniliklərin meydana gəlməsinə baxmayaraq müasir dövrdə bəzi hallarda daha sadə üsullardan da istifadə olunur. Məsələn, Hindistanda distant təhsil prosesində əhalinin çox böyük hissəsi üçün əlyetən olduğuna və əlavə infrastrukturun zəruriliyinə ehtiyac olmadığına görə radiodan istifadə çox populyardır və tədrisin həqiqətən açıq, kütləvi olmasına imkan yaradır. Son zamanlar Hindistanda Alfaz-eMewat yerli radiostansiya dinləyiciləri son xəbərlərlə tanış etməklə bərabər, uşaqlara əyləncəli şəkildə öyrənməyə kömək edir. Amerikan “Sesame Street” proqramının ekvivalenti olan “Гали – Гали Sим - Sим” proqramı ilə 2006-cı ildən indiyə qədər 20 milyondan artıq uşaq əlifbanın hərfləri, sağlam həyat tərzi, düzgün qidalanma, ətraf mühit haqqında maraqlı məlumatlar almış, müəyyən biliklər qazanmışlar. Proqram o qədər populyar olmuşdur ki, dövlət məktəblərində dərs vəsaiti kimi tədris olunması məsləhət görülmüşdür.

istənilən yeniliyin tətbiqi çox mürəkkəb bir prosesdir. Distant təhsilin təşkili-ikiqat mürəkkəbdir, belə ki:

· Müəllim və tələbələrin çoxu DT forması ilə işləməyə hazır deyil.

· DT sisteminin qurulmasının baha başa gəlməsi, tədris kurslarının hazırlanması, texniki təminatın alınması xərclərinin yüksək olması çətinlik yaradır.

· DT kurslarının hazırlanması böyük əmək, bilik, bacarıq tələb edir. 1 saatlıq interaktiv multimediyalı fəaliyyətin hazırlanması professionalların 1000 saatlıq işinə bərabərdir. Bu problemin həlli yollarından biri kimi axtarış sistemlərinin köməyi ilə mövcud olan audio və video fayllardan, distant kursların yavaş-yavaş mürəkkəbləşdirilməsi metodundan istifadə etmək olar.

· Öyrədici proqramların və kursların hazırlanması üçün müvafiq tədris vəsaitlərini hazırlaya bilən ixtisaslaşmış mütəxəssislərin azlığı problem yaradır. Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyətinin kifayət etməməsi problemi bir çox ölkələrdə, eləcə də respublikamızda artıq aradan qaldırılıb. “Azerspace-1” peykinin fəaliyyəti ilə ölkəmizdə bu sahədə olan problemlərin (İnternetin qiyməti, sürəti və s.) istifadəçilərin xeyrinə dəyişməsi DT həyata keçirilməsində qarşıya çıxacaq bəzi maneələrin aradan qaldırılmasına çox böyük təkan verdi.

Azərbaycan Respublikasının təhsil qanununa görə hər bir Azərbaycan vətən daşı təhsil almalıdır.

Biz kiçik yaşlarımızdan məktəbə gedirik yeni biliklər əldə edirik. Öyrəndiyimiz bu bilikləri gələcək həyatımızda tətbiq edirik.

Ulu Öndər Heydər Əliyev ömür boyu təhsil haqqında kəlamlar söyləmişdir. 

“Bizim yaxşı təhsil almağımız gələcəkdə istədiyimiz peşəyə və ondan da yüksək vəzifələrə sahib olmağımıza kömək edəcək.”

 

Əli Ələkbərov,

Xəzər Universitetinin tələbəsi.

Xəbər lenti