Logo

31 mart- Azərbaycanlıların Soyqırımı tarixi cinayətdir

30.03.2022 11:14 445 baxış
IMG

Rusiya ilə İran arasındakı müharibədən sonra İrandan Azərbaycan ərazisinəminlərlə erməni köçürüldü. Çox keçmədi ki, bu erməniləryeni xülyalar yaratmağa başladılar. Erməni millətçiləri “ Böyük Ermənistan”ideyasınıortaya atdılar. Bu ideyanı gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirməyə başladılar. Ən dəhşətli faciələrdən biri də1918-ci ilin mart-aprel aylarındahəyata keçirildi. Həmin günlərdə Bakı şəhərində və digərşəhər və qəzalarda on minlərlə dinc sakin etnik vədini mənsubiyyətinə görəqətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Sonrakı dövrlərdəQarabağda, Zəngəzurda, Naxçıvanda, Şirvanda, İrəvanda və digər bölgələrdə kütləvi qətillər, talanlar və etnik təmizləmələr həyata keçirildi. 

1918-ci ilin 30 mart -03 aprel tarixlərindəAzərbaycan ərazisində30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz torpaqlarından qovulmuşlar. Erməni cəlladlarıuşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, azərbaycanlılarla yanaşı, ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanları da soyqırıma məruz qoymuşdur. Memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər, mədəni abidələr vəhşicəsinə dağıdılmışdır. 

1918-ci ilmartın 31-dəki soyqırımıhəyata keçirənBakı Sovetinin 6000 silahlı əsgəri eyni zamanda “Daşnaqsutyun” partiyasınındörd minlik silahlı dəstəsi iştirak etmişdir. Ekspertlərin rəyinə əsasən, Şamaxının 72 kəndində 7 min nəfər, 1653 qadın və 965 uşaq öldürülmüş, Şamaxı qəzasında120 kəndin 86-daermənilərsoyqırım törətmişlər. 

Quba qırğınları zamanı 2900-dəkQuba qəzası üzrə ümumilikdə4000 nəfərdən artıq insan öldürülüb. Bu soyqırım nəticəsində Quba qəzasında 122 kənd tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Dəhşətli faktlardan biri də budur ki, tapılan insan sümüklərində güllə yeri yoxdur. Bu da onu göstərir ki, onların hamısı küt alətlərlə öldürülüb. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanmışdır. Vəhşicəsinə öldürülən insanlar su arxlarına və quyulara doldurularaq üzərləri torpaqla örtülmüşdür. 

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımları qeyd etmək məqsədilə 1998-ci ilmartın 26-daUlu Öndər Heydər Əliyev“ Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Martın 31-i “ Azərbaycanlıların SoyqırımıGünü” elan edilmişdir. Həmin Fərmanın icrasınınardıcıl şəkildə həyata keçirilməsi ilə bağlı Heydər Əliyev 30 mart1999-cu ildəTədbirlər Planı təsdiq etmişdir.

AdıçəkilənFərmanınimzalanmasıfaktıməsələ ilə bağlı aparılantədqiqatlara, habeləhəqiqətin üzəçıxarılması istiqamətindəsəylərin artırılmasına təkanverdi. Sözügedən Fərmandan sonra həmin tarixinöyrənilməsi istiqamətindəmühüm işlər görülmüş, çoxluəsərlər yazılmış və əcnəbi dillərətərcüməolunmuşdur. Ötən illər ərzindəaparılmış araşdırmalar sayəsindəbir çox yeni faktlarvə sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakıdövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiya- ların coğrafiyasının daha geniş və faciə qurbanlarınınsayının qat-qat çox olduğunu sübuta yetirir. 

2007-ci ilin aprel ayında Qubastadionundatəmir işləri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsindəkütləvi məzarlıq aşkarlandı. Məzarlıqda 500-dəkinsan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dənçoxu qadınlara aid idi. Bu1918-ci ildəermənilərin Qubada törətdiyi soyqrım qurbanlarının olduğunu sübuta yetirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin30 dekabr 2009-cu il tarixliSərəncamı ilə Quba şəhərində“ Soyqırımı memorial kompleksi” nin yaradılmasına qərar verildi. 2012-2013-cü illərdəQudyal çayınsol sahilindəbu memorialinşa edildi. 2013-cü il sentyabrın 18-də açılış mərasimi olmuşdur. 

Prezident İlham Əliyevkompleksin açılışı zamanı demişdir:“1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir...

Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyicinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”. Erməni faşistlərinin100 il əvvəl törətdikləribəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədiləprezident İlham Əliyev2018-ci ilyanvarın 18-də“ 1918-ci ilazərbaycanlıların soyqırımının 100 illiyi haqqında”Sərəncam imzalamışdır. Bununla bağlıtədbirlər planı hazırlanmış və Mili Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir. 100 il keçməsinə baxmayaraq, yaşındanvə cəmiyyətdə tutduğumövqedən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu faciəni unutmamalıdır.

Gənclərinvətənpərvərlik hissi ilə tərbiyəsindəbu faciə mühüm rol oynayır. Xüsusən gənclər bu faciənivə ümumiyyətlə erməni faşizminin törətdiyidigər faciələri də daha dərindənöyrənməli və unutmamalıdır. Bu tarixi və bəşəri faciəningələcəkdə bir daha baş verməməsi üçünhər bir Azərbaycanvətəndaşıəlindən gələni etməlidir. Bu baxımdanbiz müəllimlərin üzərinə də böyükməsuliyyət düşür. Gənclərinvətənə məhəbbət hissi ilətərbiyə olunmasındamüəllimlər əlindən gələni etməlidir. Tarixihəqiqətləri şagirdlərə daha dəqiqvə daha dərinöyrədilməsibiz müəllimlər üçün bir vəzifə olmalıdır. 

Yaşar Ağayev,

Ucar şəhər 4 nömrəli tam orta məktəbin fizika müəllimi

Xəbər lenti