Logo

Bu şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

14.11.2022 13:18 346 baxış
IMG

Dövlət İmtahan Mərkəzi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün 20 noyabr 2022-ci il tarixində test imtahanı keçirəcək.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan iştirakçıları bu linkə daxil olub buraxılış vərəqələrini  çap edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

Xəbər lenti