Audiovizual Şurada ümumölkə yerüstü və peyk yayımında olan televiziya yayımçılarının reklam rəhbərləri ilə görüş keçirilib.
Şuradan "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə 2022-ci il ərzində və 2023-cü ilin yanvar ayında Şura tərəfindən həyata keçirilən televiziya yayımçılarının monitorinqinin nəticələri, yayımçılar tərəfdən qanunvericiliyə riayət olunması, bu sahədə mövcud olan çatışmazlıqlar ilə bağlı məsələlər müzakirə olunub, "Media haqqında" və "Reklam haqqında" qanunların tələblərinə tam əməl olunması istiqamətində yayımçılara zəruri tövsiyələr verilib.