Logo

Kosmik tətbiqlər üçün yeni HardGamm detektor modulu hazırlanır - FOTO

11.07.2023 10:32 190 baxış
IMG

Neytron mənbəyi ilə birlikdə Ayın səthindəki suxurların hidrogen tərkibini (su və su buzu) araşdırmaq üçün istifadə ediləcək yeni HardGamm detektor modulları hazırlanır.

Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, həmçinin Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu və Qərbi Bohemiya Universiteti arasındakı əməkdaşlıq əsasında hazırlanan yeni HardGamm və HardPix detektorları məqsədəmüvafiq olaraq kosmik tətbiqlər üçün istifadə ediləcək.

Mikropikselli selvari fotodiod hissəsi (MAPD-3NM) Azərbaycan komandası tərəfindən və elektronia modulu isə Çexiya komandası tərəfindən hazırlanan HardGamm faydalı yük konsepsiyasına LaBr3(Ce), BGO və NaI(Tl) kimi ssintilyatorları ilə yığılmış silisium fotoelektron gücləndirici tipli detektorların yeni MAPD-3NM sensor matrisi daxildir.

Qeyd edək ki, cari ayda Radiasiya Problemləri İnstitutunda HardGamm detektor modulunun ilk versiyası artıq sınaqdan keçirilib. Yeni detektor modulunun sınaqlarını Radiasiya Problemləri İnstitutunun qrup rəhbəri, fizika üzrə elmlər doktoru Fərid Əhmədov, Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentinin komanda rəhbəri, fizika üzrə fəlsəfə doktoru Azər Sadıqov, Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun qrup rəhbəri Michael Holik və Qərbi Çexiya Universitetinin komanda rəhbəri Ondrej Urban həyata keçirib.

Sözügedən detektor modulu 0,06 keV-dan yuxarı 10 MeV-a qədər qamma şüalarını aşkar edə biləcək. Bu sınağın nəticəsi isə 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresində təqdim olunacaq.

Xəbər lenti