Logo

Xaricdə təhsili seçənlər bu universitetlərdən uzaq dursalar yaxşıdır

07.08.2024 10:41 716 baxış
IMG

Məlum olduğu kimi, ölkəmizdə çoxsaylı xaricdə təhsil şirkətləri fəaliyyət göstərir. Son illər xaricdə təhsilə maraq artsa da, tələbələrin çoxu xaricdə universiteti bitirdikdən sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşir. Bu isə onların sağlam seçim etməmələrindən irəli gəlir. 

 

Xaricdə təhsil almaq istəyən tələbələr düzgün universitet və təhsil şirkətləri məsələsində nələrə diqqət etməlidirlər?  

 

Təhsil ekperti Adil Vəliyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, son zamanlar xaricdə təhsil almaq istəyən həm abituriyentlərimizin, həm də magistratura təhsili almaq istəyən tələbələrimizin sayı getdikcə artır:

“Ancaq burada bir neçə məqam var. Məsələn, bəzən görürük ki, abituriyentlər Azərbaycanda ali təhsil müəssisələrinə qəbul ola bilmədikdə attestatla xaricdə təhsil almağa üstünlük verirlər. Bəziləri isə öncədən qarşılarına müəyyən hədəflər qoyur və bu hədəfə çatmaq üçün xaricdə təhsili seçirlər. Ancaq attestatla təhsil almaq istəyən abituriyentlər və onların valideynləri bəzən xaricdə təhsil şirkətini araşdırmadan müraciət edir və bir çox hallarda yanılırlar. Belə olanda Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunan qaydalara uyğun təhsil müddətini başa vurmadıqları üçün diplomları keçərsiz sayılır. Təəssüflər olsun ki, bu da tələbələrin xəyallarının puç olmasına gətirib çıxarır. Mən tövsiyə edərdim ki, ümumiyyətlə, xaricdə təhsil almaq istəyən hər kəs təhsil almaq istədiyi universitet, ölkə barəsində öncədən məlumat toplasın. Bu gün sosial şəbəkələrdə kifayət qədər imkanlar var. Xaricdə təhsil qruplarında xaricdə təhsil alan bizim həmvətənlərimiz, tələbələrimiz, hətta məzunlarımız təmənnasız olaraq istənilən universitet, istənilən ölkə haqqında öz fikirlərini və təcrübələrini bölüşürlər “Ancaq burada bir neçə məqam var. Məsələn, bəzən görürük ki, abituriyentlər Azərbaycanda ali təhsil müəssisələrinə qəbul ola bilmədikdə attestatla xaricdə təhsil almağa üstünlük verirlər. Bəziləri isə öncədən qarşılarına müəyyən hədəflər qoyur və bu hədəfə çatmaq üçün xaricdə təhsili seçirlər. Ancaq attestatla təhsil almaq istəyən abituriyentlər və onların valideynləri bəzən xaricdə təhsil şirkətini araşdırmadan müraciət edir və bir çox hallarda yanılırlar. Belə olanda Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunan qaydalara uyğun təhsil müddətini başa vurmadıqları üçün diplomları keçərsiz sayılır. Təəssüflər olsun ki, bu da tələbələrin xəyallarının puç olmasına gətirib çıxarır. Mən tövsiyə edərdim ki, ümumiyyətlə, xaricdə təhsil almaq istəyən hər kəs təhsil almaq istədiyi universitet, ölkə barəsində öncədən məlumat toplasın. Bu gün sosial şəbəkələrdə kifayət qədər imkanlar var. Xaricdə təhsil qruplarında xaricdə təhsil alan bizim həmvətənlərimiz, tələbələrimiz, hətta məzunlarımız təmənnasız olaraq istənilən universitet, istənilən ölkə haqqında öz fikirlərini və təcrübələrini bölüşürlər 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ADA Universitetinin müəllimi Orxan Kərimzadə qeyd edib ki, tələbələrin müraciət etdikləri şirkət təhsil almaq istədiyi universitetin rəsmi nümayəndəliyi deyilsə, tələbələr özləri universitetlərə müraciət eləsələr, daha yaxşı olar.

 

Xəbər lenti