Logo

Kamran Əsədov: Müəllimlərin mükafatlandırılması, onların iş motivasiyasını artırır və cəmiyyətdəki rolunu daha da önə çıxarır.

12.10.2024 10:13 407 baxış
IMG

Son vaxtlar müəllim nüfuzunun artırılması, təhsilin keyfiyyətini yüksəltmək və cəmiyyətin inkişafında müəllimlərin rolunu ön plana çıxarmaq məqsədilə geniş müzakirə olunur. Təhsil eksperti Kamran Əsədov bu məsələnin əhəmiyyətini vurğulayaraq, müəllim nüfuzunu yüksəltmək üçün atılması gərəkən addımları geniş təhlil edir.

Müəllim nüfuzunun artırılması, yalnız təhsil sisteminin özünə deyil, həm də cəmiyyətin müxtəlif sahələrinə müsbət təsir göstərə bilər. Müəllimlər, şagirdlərin formalaşmasında, sosial və emosional inkişaflarında önəmli rol oynayır. Buna görə də, müəllimlərin nüfuzunun artırılması, təhsil sahəsindəki yeniliklərin uğurla həyata keçirilməsi üçün zəruridir.

Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, müəllim nüfuzunun yüksəlməsi üçün ilk addımdır. Müəllimlər mütəmadi olaraq ixtisas artırmalı, yeni tədris metodları və yanaşmaları ilə tanış olmalıdırlar. Təhsil eksperti Kamran Əsədov bildirir ki, “Müəllimlərin peşəkarlığı, onların cəmiyyətdəki statusunu artırır. Gənc müəllimlərin mentorlarla işləməsi, müasir təlim metodlarına yiyələnməsi, onların təhsil sistemindəki rolunu gücləndirir.”

Müəllimlərin nüfuzunu artırmaq üçün valideynlərlə və cəmiyyətlə effektiv kommunikasiya qurulmalıdır. Valideynlərin müəllimlərin fəaliyyətinə daha aktiv iştirak etməsi, onlara dəstək olmaları vacibdir. Kamran Əsədov qeyd edir ki, “Müəllimlər valideynlərlə açıq dialoq qurmalı, onların narahatlıqlarını dinləməli və müsbət münasibət yaratmalıdırlar. Bu, müəllimlərin cəmiyyətdəki yerini gücləndirəcək.”

Müəllimlərin sosial statusunu artırmaq üçün onlara layiqli əmək haqqı, mükafatlandırma sistemləri və təşviq mexanizmləri təqdim edilməlidir. Müəllimlərə cəmiyyətdə nüfuzlu şəxslər kimi yanaşmaq, onların işinə dəyər vermək zəruridir. Kamran Əsədovun fikrincə, “Müəllimlərin mükafatlandırılması, onların iş motivasiyasını artırır və cəmiyyətdəki rolunu daha da önə çıxarır.”

Təhsilin müasir tələblərinə uyğun olaraq, tədris metodları da yenilənməlidir. İnnovativ yanaşmalar, şagird mərkəzli öyrənmə və aktiv tədris metodları, müəllimlərin cəmiyyətdəki nüfuzunu artırır. “Tədris metodlarının müasirləşdirilməsi, müəllimlərin daha effektiv çalışmasına və şagirdlərin nailiyyətlərinin artmasına səbəb olur,” – deyə Əsədov əlavə edir.

Dünya miqyasında müəllim nüfuzunun artırılması ilə bağlı uğurlu təcrübələr mövcuddur. Məsələn, Finlandiyada müəllimlər, yüksək ixtisaslı mütəxəssislər kimi qəbul edilir və onlara geniş azadlıq verilir. Bu, müəllimlərin işini daha yaradıcılıqla həyata keçirmələrinə imkan tanıyır. Eyni zamanda, onların təhsildəki rolunu cəmiyyət daha yüksək qiymətləndirir.

Yaponiyada isə müəllimlər, həm peşəkar həm də sosial status baxımından yüksək mövqeyə malikdirlər. Bu ölkədə müəllimlərin ixtisas artırma proqramları müntəzəm olaraq həyata keçirilir, onların öz biliklərini artırmalarına imkan tanınır.

 

Bəhman Hüseynli

Xəbər lenti