Logo

Xarici dil fənn kurikulumunun təkmilləşdirilməsi zamanı ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət ayrılıb – Təhsil İnstitutu

10.01.2025 17:04 51 baxış
IMG

Bu gün Təhsil İnstitutunda (ARTİ) "Təkmilləşdirilmiş xarici dil fənn kurikulumunun ictimai müzakirəsi" baş tutub.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov fənn kurikulumlarının təkmilləşdirilməsi prosesi barədə ətraflıməlumat verib. 

Müzakirədə ümumtəhsil məktəblərinin müvafiq fənn müəllimləri iştirak ediblər. 

M.Məhərrəmov qeyd edib ki, hazırda daha 8 fənn kurikulumunun təkmilləşdirilməsi prosesi tamamlanmaq üzrədir və onların yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir. Digər 7 fənn kurikulumunun üzərində işlər davam edir və prosesin 2025-ci ilin sonuna qədər yekunlaşması planlaşdırılır:

“Fənn kurikulumlarının əsas məqsədi şagirdləri həyata hazırlamaq və onları cəmiyyətin fəal vətəndaşı kimi yetişdirməkdir. Bu, bizim üçün əsas prinsip olub”.

M.Məhərrəmov əlavə edib ki, xarici dil fənn kurikulumunun təkmilləşdirilməsi zamanı ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət ayrılıb:

“Əvvəlki illərdə şagirdlərə 11 il xarici dil tədrisi alsalar da, məktəbi bitirdikdə onların ünsiyyət bacarıqları kifayət qədər formalaşmırdı. Əlbəttə, yaxşı nəticə göstərən şagirdlərimiz də olub. Lakin ümid edirik ki, bu dəyişikliklər nəticəsində gələcəkdə şagirdlər 11-ci sinfi bitirərkən xarici dildə daha yüksək ünsiyyət bacarıqlarına malik olacaqlar”.

Tədbirin sonunda təkmilləşdirilmiş xarici dil fənn kurikulumu müzakirə edilib, iştirakçıların rəy və təklifləri dinlənilib.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20January%202025/d8f0eff9-34c0-417e-91af-15d4d0efd95b_WhatsApp%20Image%202025-01-10%20at%2016.19.39%20(1).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20January%202025/98318e97-96ac-45a4-8935-3bb1ee3a5d15_WhatsApp%20Image%202025-01-10%20at%2016.19.39.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20January%202025/92aa7d7f-f219-415c-a42d-d4bfe9f3142d_WhatsApp%20Image%202025-01-10%20at%2016.19.36.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/10%20January%202025/679906ec-7861-4811-8af0-f5455eca0c74_WhatsApp%20Image%202025-01-10%20at%2016.19.36%20(1).jpeg

 

 

 


 

Xəbər lenti