Logo

Akademik: Humanitar və təbiət elmlərinin birgə inkişafı elmin tərəqqisinə daha böyük töhfələr verə bilər

06.01.2025 14:43 80 baxış
IMG

Humanitar elmlərin inkişafında AMEA-nın rolu böyükdür. Lakin AMEA-nın təbiət elmlərinin inkişafına verdiyi töhfə xüsusilə qiymətlidir. Akademiya ölkəmizdə fundamental elmlərin inkişafında, müasir səviyyəyə çatmasında əsas mərkəz rolunu oynayıb.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, Fizika İnstitutunun Bərk cisim elektronikası laboratoriyasının rəhbəri akademik Cavad Abdinov deyib.

“1961-ci ildə Bakı Dövlət Universitetində elmlər doktoru olmaq çox nadir bir hal idi. Fizika İnstitutunda yalnız Həsən Abdullayev kimi böyük bir alim var idi. Lakin bu gün təkcə Fizika İnstitutunda 50-yə yaxın elmlər doktorunun yetişməsi akademiyanın və onun institutlarının elm sahəsindəki əvəzsiz rolunu nümayiş etdirir. AMEA bu istiqamətdə fəaliyyəti ilə Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasını uğurla təmin edir. Düşünürəm ki, humanitar və təbiət elmlərinin birgə inkişafı elmin tərəqqisinə daha böyük töhfələr verməsinə imkan yaradar”, - deyə akademik Cavad Abdinov bildirib.

Xəbər lenti