Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov arasında görüş keçirilib.
Bu barədə TƏHSİL.BİZ-ə BANM-dən məlumat verilib. Bildirilib ki, görüşdə BANM ilə TKTA arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, Ali Məktəbin beynəlxalq və milli səviyyədə institusional akkreditasiyanın keçirilməsi ilə bağlı standartlar üzərində fikir mübadiləsi aparılıb.