Logo

FETÖ məktəbləri bu quruma verildi

31.12.2024 15:16 159 baxış
IMG

Qırğızıstanda FETÖ-yə bağlı təhsil müəssisələri Maarif Vəqfinə verilib.

Qırğızıstan hökumətindən verilən açıqlamada ölkədə FETÖ ilə əlaqəli təhsil müəssisələri şəbəkəsinin Maarif Vəqfinə verildiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın əvvəlində Qırğızıstan Prezidenti Sadır Çaparovun sədrliyi ilə keçirilən Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı Toplantısında deyib:

“Mən də inanıram ki, başda FETÖ olmaqla hər cür terrorla mübarizə aparırıq. Biz bu gün imzalayacağımız təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi ilə əməkdaşlığımızı davam etdirəcəyik".

17 iyun 2016-cı il tarixli 6721 saylı qanunla qurulan Türkiyə Maarif Vəqfi cümhuriyyət adından xaricdə təhsil fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan, mənfəət üçün deyil, bütün işləri həyata keçirən bir təşkilatdır.

Məktəbəqədər təhsildən ali təhsilə, formal təhsildən qeyri-formal təhsilə qədər bütün ölkələrdə effektiv işlər həyata keçirir. 

Nigar 

Xəbər lenti