Logo

“Təhsildə həmrəylik” adlı qış düşərgəsi çərçivəsində “Xatirə bağı” salınıb - FOTO

02.01.2025 23:19 143 baxış
IMG

Tehsil.biz xəbər verir ki, 44 günlük Vətən müharibəsinə xatirə olaraq 44 ədəd ağac əkilib. Məqsəd ətraf mühitin qorunması, ekoloji tərbiyəni gücləndirmək, təbiətə töhfə verməklə yanaşı, təhsil işçiləri arasında ekoloji həmrəyliyin təməlinin qurulmasıdır.

Xaçmaz rayonunun Xuray kəndində yerləşən "Təhsil" İstirahət Mərkəzində baş tutan ağacəkmə aksiyasında iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə bildirib ki, ATİAHİ tərəfindən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Qeyd edək ki, düşərgədə ilk dəfə olaraq respublikamızın ucqar rayonlarında çalışan müəllimlərin, eləcə də təhsil sahəsində çalışan şəhid və qazi ailələrinin üzvləri, eləcə də ATİAHİ-nin kollektivi iştirak edib. 

 

Xəbər lenti