Logo

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndə heyəti Polis Akademiyasının qonağı olub

29.12.2024 08:52 81 baxış
IMG

Dekabrın 7-də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndə heyəti Polis Akademiyasının qonağı olub. 

TƏHSİL.BİZ xəbər verir ki, nümayəndə heyətinin tərkibində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Heydər Eminli iştirak ediblər. 

İctimai Şura üzvləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təhsil və hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə vermək,  Akademiyada yaradılmış müasir tədris və yaşayış şəraiti ilə tanış olmaq məqsədilə bu səfəri həyata keçiriblər.

Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və burada təhsilin üstünlükləri barədə geniş məlumatlar verib. O həmçinin, Akademiyanın infrastrukturunun yenidən qurulması, tədris korpuslarının, yataqxanaların və laboratoriyaların beynəlxalq standartlara uyğunlaşdırılması proseslərindən bəhs edib.

Eyni zamanda qonaqlara Akademiyada tətbiq olunan təhsil proqramları, hüquq sahəsində ixtisaslaşma modulları və təhsil müəssisəsinin müasir standartlara cavab verən “Rayon Polis Şöbəsi” tədris modulunda, kriminalistik poliqonunda, məhkəmə otağında, eləcə də Akademiya ərazisində keçirilən simulyasiya xarakterli dərslər barədə məlumatlar təqdim olunub.

Nümayəndə heyəti Akademiyanın maddi-texniki bazası, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, elektron kitabxana, auditoriyalar, krossfit meydançası, kursant yeməkxanası və qapalı atıcılıq tiri ilə tanış olub.

Son dövrlərdə Akademiyanın kursantlarının respublika və beynəlxalq səviyyəli keçirilən yarışlarda, xüsusilə hüquq sahəsi üzrə uğurla çıxış edərək mütəmadi qaliblər sırasında yer almaları da diqqətə çatdırılıb.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/d707d249-4ce2-4ad5-bb1d-b3e870146168_1000354803.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/9564006d-5ba4-4c4f-9013-d9998692998d_1000354799.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/0febe265-f5b5-4425-ac80-899537ccc80f_1000354809.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/6c899665-d2e7-406b-93ee-56eb60f9d0b7_1000354807.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/c4dfd217-e387-42c0-a18c-6197b624f3a3_1000354811.jpg

 

 

 


 

Xəbər lenti