Logo

BMU aliminin monoqrafiyası “Springer” nəşriyyatında çap olunub

27.12.2024 15:09 120 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamovun “Naqilsiz və peyk rabitə sistemləri üçün antena və dalğaötürən qurğuların modelləşdirilməsi” monoqrafiyası dünyanın ən nüfuzlu nəşriyyatlarından olan “Springer”də nəşr edilib.

BMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, monoqrafiya müxtəlif konstruksiya və təyinatlı antena qurğusu və sistemlərinin modelləşdirilməsi, dalğaötürən sistemlərin eksperimental tədqiqi məsələlərinə həsr olunub. Monoqrafiyada tədqiq olunan və modelləşdirilən antena qurğu və sistemləri əsasən naqilsiz rabitə texnologiyalarında, peyk rabitəsində, 5G texnologiyasında, mobil rabitədə, o cümlədən hərbi rabitə texnikasında istifadə edilən sistemlərdir.

Elmi əsər radiotexnika, telekommunikasiya və hərbi rabitə vasitələri sahələrində təhsil alan tələbələr, o cümlədən mühəndis-texniki və elmi işçilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, monoqrafiya Azərbaycan üzrə bu sahədə “Springer” nəşriyyatında çap olunan ilk elmi əsərdir.

 

Xəbər lenti