Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq əlaqələrinin genişləndirilməsi və mübadilə iştirakçılarının sayının artırılması məqsədilə dekabr ayında UNEC-in 30-a yaxın əməkdaşı Türkiyə, Almaniya, Bolqarıstan, Macarıstan, Rumıniya, Latviya və Litvanın aparıcı universitetlərində olublar.
Bu barədə TƏHSİL.BİZ-ə universitetdən məlumat verilib.
Səfər çərçivəsində nümayəndələr xarici universitetlərin fəaliyyəti ilə tanış olublar, eləcə də UNEC təcrübəsini bölüşüblər. UNEC ilə 20-yə yaxın xarici universitet arasında əməkdaşlıqla bağlı yeni imkanlar yaranıb. UNEC ilə xarici universitetlər arasında mübadilə, ikili diplom proqramlarının həyata keçirilməsi, birgə proqramların yaradılması, layihələrin hazırlanması, müəllim-tələbə mübadiləsi, elmi tədqiqatların aparılması və digər istiqamətlərdə razılıqlar əldə olunub və əməkdaşlıq müqavilələri imzalanıb.