TƏHSİL.BİZ İqtisadiyyat.az -a istinadən xəbər verir ki, universitetin Sahil, Nəsimi, Təbriz və Gənclik korpuslarının mühafizəsini "Gesco" şirkəti həyata keçirəcək.
Ali təhsil müəssisəsi ilə şirkət arasında bağlanılmış müqaviləyə əsasən, 12 aylıq mühafizə xərcləri 451.335,84 manat müəyyənləşib.
Mühafizə işinin təşkili 1-i rəis olmaqla ümumilikdə 40 nəfərlik heyətlə həyata keçiriləcək. Universitetin kampuslarının mühafizəsi gecə-gündüz olmaqla növbəli şəkildə təmin olunacaq.