Logo

Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndəsi Ədəbiyyat Muzeyində olub

26.12.2024 11:31 52 baxış
IMG

Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Ləvənt Kızılbağlı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qonaq olub.

Ədəbiyyat Muzeyindən TƏHSİL.BİZ-ə bildirilib ki, muzeydə Savalan dağının mənzərəsi, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən Nizami Gəncəvinin “İskəndərnamə” poeması, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, XIX əsrin şairəsi Xurşidbanu Natəvan yaradıcılığı, xüsusən mühacirət və repressiya dövrünə həsr olunmuş ekspozisiya Ləvənt Kızılbağlının marağına səbəb olub. Hüseyn Cavid yaradıcılığı ilə tanışlıq, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun Hüseyn Cavid yaradıcılığından bəhs edən “Vaxtdan uca”, “Əbədi Cavid”, “Cavidlər” əsərləri barədə məlumatlar qonaqda Azərbaycan teatr səhnəsində Hüseyn Cavidin əsərlərinə tamaşa etmək və Bakıdakı ev-muzeyini ziyarət etmək istəyi yaradıb.

Bakının, əsasən Ədəbiyyat Muzeyinin onun qarşısında gözləntilərindən və xəyal etdiklərindən daha çox pəncərələr açdığını deyən Ləvənt Kızılbağlı rəylər və təəssüratlar kitabına düşüncələrini yazıb. O, Azərbaycanın qədim tarixini bilmək üçün onun ədəbiyyatını, incəsənətini, poeziyasını, şairlərini tanıyıb dərk etməyin vacibliyini bildirib.

 

Xəbər lenti