Logo

Naxçıvanda müəllimlərə dəstək təliminə başlanılıb

26.12.2024 13:32 106 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi müəllimlərə dəstək təlimi keçirməyə başlayıb. 

Bu barədə nazirlikdən TƏHSİL.BİZ -ə məlumat verilib.

Bildirilib ki, təlimin məqsədi MR-nın ümumtəhsil müəssisələrində çalışan və  pedaqoji fəaliyyəti ilə fərqlənən, yüksək peşə səriştələrinə malik, nüfuzlu, qabaqcıl müəllimlər tərəfindən digər müəllimlərin karyerada yüksəliş imkanlarını təmin etmək, onlara təhsilverənlərin peşəkar inkişafı üçün bələdçi rolunda dəstək göstərməkdir.

Təlim çərçivəsində Təhsil şöbələri üzrə qabaqcıl müəllimlər müəyyənləşdirilib və həmin müəllimlər  qrafik əsasında ayda 2 dəfə yerlərdə digər ixtisaslı müəllimlərlə görüşəcək, özlərinin seçdiyi sinif və mövzu üzrə nümunəvi dərs tədris edəcəklər.

İlk təlim Şahbuz rayonunun ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün keçirilib. Təlimdə 40-dan çox müəllim iştirak edib.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20December%202024/d12104da-0878-4b96-a5f5-d1319f5fb0fc_WhatsApp%20Image%202024-12-26%20at%2009.51.10_2b0e7c49.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/26%20December%202024/12fa32ed-7883-46de-9c38-030a75de363d_WhatsApp%20Image%202024-12-26%20at%2009.51.10_8961d08f.jpg

 

 

 


 

Xəbər lenti