Dil öyrənmənin bir çox üstünlükləri haqqında keçən məqalələrimizdə ətraflı şəkildə bəhs etmişdik. Dil bilməyin üstünlüklərdən biri də uğurlu gələcək və peşəkar karyera həyatımızın inkişafıdır. Hələ ki bu dil rus dilidirsə. SSRİ dövründən bəri bu dil Azərbaycanda danışıq dili kimi istifadə olunurdu. Bu da təsadüfi deyildi. Azərbaycan və rus xalqlarının eyni coğrafiyada, eyni ərazidə yaşaması və eyni siyasi sistem altında birləşməsi rus dilinin Azərbaycanda ikinci dil kimi istifadəsinə səbəb oldu. Ancaq bu gün də rus dili çox istifadə olunan və çox öyrənilən dünya dilləri arasındadır. Bu baxımdan, rus dili bilməyin üstünlükləri olduqca çoxdur.
Karyeranız sizin üçün önəmlidirsə, rus dili öyrənməkdən başqa yolunuz yoxdur. Bu dilə olan tələbatı siz iş elanlarına nəzər yetirsəniz əksər sahənin ən yaxşı iş elanlarında rus dili tələbini görə bilərsiniz. Bir çox elanlarda eyni vəzifə üçün rus dilini bilənlərdə işə qəbul olma ehtimalı daha yüksək olur. Ən azı üstünlük kimi belə qeyd olunan rus dili biliyi vasitəsilə müraciət etdiyiniz iş sizin ola bilər. Əsasən də rəhbər vəzifələr üçün bu bilik önəmli hesab edilir. Rəhbər vəzifədə çalışmasanız belə bir sıra vəzifələr üçün rus dili bilmək şərt kimi qeyd olunur.
Xarici dil öyrənmənin ən asan və yadda qalan yolu nələrdir ?
Yeni bir dil öyrənməyin ən əsas qaydalarından biri də öyrənmək istədiyiniz dili davamlı və həvəsli şəkildə maraqlı metodlarla öyrənməkdir. Gəlin, öncəliklə işə plan qurmaqla başlayaq :
İndi isə bu sualları izahlı şəkildə cavablandırmağa çalışaq.
Çünki kitab oxumaqla danışıq aksentinizi, sözlərin düzgün yazılışını daha peşəkar şəkildə öyrənmiş olacaqsınız. Musiqi dinləməklə isə sözlərin düzgün tələffüzünü və deyilişini daha effektiv şəkildə mənimsəmiş olacaqsınız.
Niyə Rus dili və İngilis dili öyrənməliyik?