Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq elmi bazalarda ən çox elmi məqalə nəşr etdirən alimlərinin adlarını açıqlayıb.
Akademiyadan TƏHSİL.BİZ -ə verilən məlumata görə, cari ildə ən çox məqaləsi işıq üzü görən (7 məqalə) AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov olub və o, ilk sırada qərarlaşıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Dmitriy Kriçenko və Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi dosent Zülfiyyə İsmayıl ikinci yerdə qərarlaşıblar. Üçüncü yerdə isə Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Bəxtiyar Cəlilov olub.