“Coğrafiya üzrə xüsusi layihələr əsasında ali məktəblər üçün dərsliklər hazırlanmalıdır”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Zakir Eminov Elmi Şuranın hesabat iclasında deyib.
O bildirib ki, ölkənin tarixi-coğrafi və sosial-iqtisadi inkişafına həsr olunmuş toplu məlumat kitablarının, monoqrafiyaların hazırlanması və çapı üçün də tenderlərin elan olunması və onlara maliyyə dəstəyi göstərilməsinə ehtiyac var.
Direktor əlavə edib ki, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün avadanlığın alınması və laboratoriyaların maddi-texniki təchizat problemlərinin həlli elmi-tədqiqatların keyfiyyətinə ciddi təsir edə bilər.