Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
TƏHSİL.BİZ xəbər verir ki, tenderin qalibi “İdeal TM” QSC olub.
Qalib şirkətə 6 400 875 manat ödəniləcək.
Qeyd edək ki, “İdeal TM” QSC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əfqan Əliyev Tapdıq oğludur. Hüquqi ünvanı AZ1078, Bakı Şəhəri Nəsimi Rayonu, Tiflis pr, ev 44 C, m. 0 ünvanında yerləşir.