“Ölkə üzrə Günəş panellərinin ani, günlük, aylıq, mövsümlük, yarımillik, illik və hər hansı zaman aralığı üçün optimal istiqamətini təyin edən proqram paketi hazırlanır”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Zakir Eminov Elmi Şuranın hesabat iclasında deyib.
O bildirib ki, proqram paketi mürəkkəb topoqrafiyaya və təmiz enerji istifadəsinin xüsusi önəm kəsb etdiyi yüksək turizm potensialına malik dağlıq ərazilərdə, o cümlədən işğaldan azad edilmiş Qarabağ bölgəsində Günəş panelinin optimal istiqamətini təyin etmək üçün tətbiq edilə bilər.