Logo

İdmanla məşğul olmaq IQ-nü artırır

27.12.2024 14:59 85 baxış
IMG

İdmanla məşğul olmaq intellekt əmsalını – IQ-nü artırır. 

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə rusiyalı alim endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova tədqiqat aparıb.

Onun sözlərinə görə, uşaq və yeniyetmələrdə idman və intellekt arasında əlaqəyə dair 14 araşdırmanın məlumatları təhlil edilib. Nəticədə belə qənaətə gəlinib ki, idman yaşından, fiziki hazırlığın səviyyəsindən və IQ-dən asılı olmayaraq, həmişə beyin fəaliyyətinə müsbət təsir göstərir. Həkimin qeyd etdiyi kimi idman uşaqlara IQ-nü dörd bal artırmağa kömək edir ki, bu da birillik əlavə təhsil ilə müqayisə oluna bilər. Pavlova əlavə edib ki, idman böyüklərə də oxşar təsir göstərir. O izah edir ki, aktiv həyat tərzi keçirən insanlar daha uzun müddət çevik düşünə bilirlər. Bundan əlavə, aktivlik demensiyanın qarşısını almaq üçün təsirli bir yoldur. 

Daha əvvəl Pavlova qocalmağı ləngitməyin qeyri-adi üsulundan da söz açmışdı. Onun sözlərinə görə, başqalarına kömək etmək sağlamlığa faydalı təsir göstərir.

Xəbər lenti