Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasının satınalınması” tenderinin nəticələrini elan edib.
TƏHSİL.BİZ xəbər verir ki, tenderin qalibi “Enermus” QSC olub.
Qalib şirkətə 1 980 198 manat ödəniləcək.
Qeyd edək ki, “Enermus” QSC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elbrus Məmmədov Kamal oğludur. Hüquqi ünvanı AZ1110, Bakı Şəhəri Nərimanov Rayonu, Azadlıq pr., ev 149, m. 25 yerləşir.