Dekabrın 24-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının növbəti iclası keçirilib.
TƏHSİL.BİZ -ə bildirilib ki, İclasda Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini, Məlumat-təhlil sektorunun müdiri vəzifəsinə namizəd Xəqani Qurbanovun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Züleyxa Zəkili, Azər Alıyev, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun məsləhətçisi vəzifəsinə namizəd Dilarə Qasımova, Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi vəzifəsinə namizəd Natiq Məlikov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Zəhra Hüseynova və Savalan Niftiyevin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb, 3 şikayətin təmin edilməsi, 2 şikayətin qismən təmin edilməsi və 2 şikayətin təmin edilməməsi barədə Şura tərəfindən qərarlar qəbul olunub.