Logo

TKTA peşə ixtisasları üzrə praktik imtahanlar keçirib

27.12.2024 14:11 65 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı çərçivəsində “BP Azərbaycan” şirkətinin  maliyyə dəstəyi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə “Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində “Mühafizəçi”, “Kompüter operatoru”, “Poliqrafiya üzrə dizayner”  peşə ixtisasları üzrə praktik imtahanlar həyata keçirilib.

Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, “Mühafizəçi”, “Kompüter operatoru” və “Poliqrafiya üzrə dizayner” peşələri üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi  istiqamətində nəzəri imtahanı uğurla keçən namizədlər praktiki imtahan üçün Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzininə dəvət olunublar.

TKTA nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Məhərrəmov, sahə üzrə müstəqil ekspert qismində təlimçi-ekspertlər Ocaqquliyeva Lalə, Verdiyeva Fidan, Qasımova Turanə və Balıyev Elnur iştirak ediblər.

Sözügedən layihənin əsas məqsədi neft və qaz boru kəmərləri keçən rayonlarda yaşayan əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının artırılması və əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına dəstək verməkdən ibarətdir.

Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər müvafiq peşə ixtisasları üzrə müvafiq diplom və sertifikatlarla təltif olunacaqlar.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/27%20December%202024/9a13952f-81ef-4aba-90a9-8f05478c4ad0_IMG-20241225-WA0042.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/27%20December%202024/b1e84057-23c6-48e9-8751-177dbc8c2885_IMG-20241225-WA0043.jpg

 

 

 


 

Xəbər lenti