“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun təsdiqlənib.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Qanuna əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3% çoxdur.
Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 4,1 % çox olacaq.