Logo

“İnnovativ məktəb” layihəsi çərçivəsində “Təhsildə liderlik” mövzusunda təlimlər davam edir

28.12.2024 11:50 56 baxış
IMG

Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə faliyyət planına əsasən, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İnnovativ məktəb” layihəsi çərçivəsində direktor və müəllimlər İsrailin Tel-Əviv şhərində keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlərdə iştirak edirlər.

12 məktəb üzrə 46 nəfərlik pedaqoji heyətin iştirak etdiyi təlimlərdə iştirakçılar müasir tədris metodologiyaları, layihə əsaslı öyrənmə və süni intellektin təhsildə yaratdığı imkanlar haqqında fəaliyyətlərə cəlb olunub, eləcə də İsrailin təhsil sistemi ilə tanış olmaq məqsədilə Ebin, Tivon və Dafna kimi qabaqcıl ümumi təhsil müəssisələrinə və Yerusəlimin “Bloomfield” Elm Muzeyinə səfər ediblər.

Təlimlərin açılış mərasimində çıxış edən ölkəmizin İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov şagirdlərin gələcək çağırışlara hazırlanmasında təhsil işçilərinin rolu və bu istiqamətdə lazımi bilik və bacarıqların inkişaf etdirilməsinin vacibliyindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, sözügedən təlimlər 1 yanvar tarxinə qədər davam edəcək. Təlimlərin ikinci hissəsinin isə yanvar ayının sonunda Bakıda keçirilməsi planlaşdırılır.

 




 

Xəbər lenti