Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları tərəfindən bu il 6 elmi istiqamət üzrə 128 məqalə (72-si xaricdə), 149 tezis (34-ü xaricdə), 1 monoqrafiya, 1 dərs vəsaiti, 15 elmi populyar məqalə nəşr edilib.
Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib.
“Clarivate Analytics” və “Scopus” bazalarına daxil olan nəşrlərdəki məqalələrin sayı 90-dır. İl ərzində institut əməkdaşlarının əsərlərinə 2200-dən çox istinad qeydə alınıb.