Logo

33 təhsil müəssisəsinin təmir-tikintisinə başlanılması planlaşdırılır

28.12.2024 11:47 67 baxış
IMG

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına 2024-cü ildə Elm və Təhsil Nazirliyinin sifarişi ilə respublika ərazisində təhsil müəssisələri şəbəkələrinin genişləndirilməsi, yeni məktəblərin tikintisi və əsaslı təmiri işləri yerinə yetirilib. 

Elm və Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə verilən məlumata əsasən, 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb. Bu müəssisələrdən 46-sı yeni tikili və ya yeni korpus tikintisi, 11-i isə əsaslı təmir olunub.

Həmçinin, layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin (3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə başlanılması planlaşdırılır.

Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 215 təhsil müəssisəsində (10 peşə, 6 kollec, 9 məktəbdənkənar və 190 ümumi təhsil) cari təmir işləri aparılıb. Həmçinin 234 müraciət əsasında 70 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb, 100 müəssisədə işlər davam edir, 64 müəssisədə isə işlərin başlanılması üçün hazırlıq gedir.


 

Xəbər lenti