Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı çərçivəsində ARTİ tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi çərçivəsində fəaliyyətlər davam edir.
Bu barədə Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində Bakı şəhəri üzrə 54 məktəb, Gəncə, Lənkəran və Ağcabədi rayonları üzrə 16 məktəb, Zəngilan rayonunun Ağalı kənd məktəbi və Naxçıvan Muxtar Respublikası üzrə 20 məktəb daxil olmaqla, ümumilikdə 101 ümumtəhsil müəssisəsində yaradılmış uşaq müdafiəsi və təhlükəsizliyi (UMT) mexanizminin yaxşı mənimsənilməsi məqsədilə mütəmadi olaraq superviziya və monitorinqlər həyata keçirilir. Bu fəaliyyətlərə sentyabr ayından start verilib.
Hazırkı mərhələdə məktəblərdə siniflərə səfərlər təşkil olunub, tədris prosesi və şagirdlərin məktəbdəki ümumi fəaliyyəti, o cümlədən fasilə zamanı, kitabxanada və yemək fasiləsi müddətində davranışları izlənilib.
Superviziya prosesində uşaqların psixoloji vəziyyətinin öyrənilməsi ilə yanaşı, layihənin fəaliyyət istiqamətini əks etdirən interaktiv oyunlar təşkil olunub, bu da uşaqların layihədə aktiv iştirakını təşviq edib.
Qeyd edək ki, superviziya və monitorinqlər layihə çərçivəsində fəaliyyət göstərən hər bir məktəbdə tədris ili ərzində ən azı 3 dəfə olmaqla aparılıb.
Qeyd edək ki, superviziya və monitorinqlər layihə çərçivəsində fəaliyyət göstərən hər bir məktəbdə tədris ili ərzində ən azı 3 dəfə olmaqla aparılıb.