Logo

Bağça yaşlı uşaqlar üçün yeni platforma yaradılıb

28.12.2024 12:43 127 baxış
IMG

Elektron təhsil texnologiyalarının tətbiqi genişləndirilib.

Bu barədə TƏHSİL.BİZ -ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsil pilləsi üzrə “Samford” məktəbəqədər təhsil üçün platforma (https://samford.website/az/) hazırlanıb. Platformada ümumilikdə 10 357 ədəd elektron tapşırıq yerləşdirilib.

Rəqəmsal mühitdə öyrənmə, tədris və ünsiyyətin qurulması məqsədilə “Rəqəmsal məktəb” əməkdaşlıq platforması (https://digitaledu.az/)yaradılıb. Burada müxtəlif istiqamətlər üzrə (Azərbaycan dili, Azərbaycan tarixi, coğrafiya, kimya və s.) 373 ədəd videodərs (https://www.youtube.com/@ictedua)yerləşdirilib.

Eyni zamanda müxtəlif fənlər üzrə (Azərbaycan dili, riyaziyyat, xarici dil, informatika, həyat bilgisi, texnologiya, təsviri incəsənət, musiqi və fiziki tərbiyə) ümumilikdə 19 531 ədəd videodərs tərcümə olunaraq milli kurikuluma uyğunlaşdırılıb və video.edu.az portalında yerləşdirilib. 

Xəbər lenti