Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən 13 yaşlı Məhəmmədəli Yeqanovla vida mərasimi keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, vida mərasimi Xətai rayonunda məhrumun yaşadığı evdə baş tutub.
Mərasimdə məhrumun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.
Məhrum Sabunçu rayonunda qəbiristanlıqda dəfn olunub.